Logo
    main-post-cover

    Claude-un yazdığı mətnlər artıq xüsusi nişanla işarələnəcək

        Anthropic Avropa İttifaqının yeni süni intellekt qaydalarına uyğunlaşmaq üçün Claude və digər AI modelləri tərəfindən yaradılan mətnlərə xüsusi rəqəmsal nişan, “watermark” əlavə edəcəyini açıqlayıb. Şirkətin yenilənmiş dəstək səhifəsində bildirilir ki, avqustun 2-dən sonra buraxılan bütün modellərdə AI tərəfindən yaradılan mətn və faylların sonradan digər sistemlər tərəfindən müəyyən edilməsinə imkan verən texnologiya avtomatik olaraq tətbiq olunacaq. Bu addım Avropa İttifaqının AI Act çərçivəsində qüvvəyə minən şəffaflıq tələblərinə uyğunlaşmaq məqsədi daşıyır.
    Anthropic Releases Opus 4.7, Not as 'Broadly Capable' as Mythos AI
        Faylların işarələnməsi üçün Anthropic açıq C2PA standartından istifadə edəcək. Mətnlərdə isə watermark birbaşa mətnin özünün bir hissəsi olacaq. Şirkətin sözlərinə görə, bu səbəbdən istifadəçi mətni kopyalayıb başqa platformaya yerləşdirsə belə, nişan onunla birlikdə ötürülə biləcək və hətta müəyyən redaktələrdən sonra da qala bilər. Watermark model səviyyəsində tətbiq ediləcəyi üçün mətnin hansı Claude məhsulunda yaradılmasının fərqi olmayacaq. Sistem Claude, Claude API, Claude Code, Claude Cowork və Claude Tag kimi məhsulları əhatə edəcək. Anthropic gələcəkdə bu texnologiyanı daha köhnə modellərinə də əlavə etməyi planlaşdırır.
        Bununla belə, watermark-ın hansı texnologiya ilə mətnə yerləşdirildiyi və istifadəçinin mətni nə qədər dəyişdirməsindən sonra nişanın yox olacağı hələ tam aydın deyil.
    Paylaş