main-post-cover

    Coca-Cola-nın yeni içkisinin dad; və qablaşdırma dizaynı süni zəka tərəfindən tərtib edilib

    Süni İntellekt
    15.09.2023
    Emil Nəcəfov
        Coca-Cola şirkəti dadı və dizaynı süni zəka tərəfindən hazırlanmış Y3000 adlı yeni içkisini təqdim edib. Sözügedən yeni içki məhdud müddət ərzində həm adi həm də şəkərsiz versiyada satılacaq. Coca-Cola bu yeni içkisinin dadını təsvir etməyib. Lakin onu artıq test etmiş şəxslərin sözlərinə əsasən içkinin dadı buzlu moruq kokteylini xatırladır. Şirkət sözügedən yeni içkinin hazırlanma prosesi barəsində məlumat verib.
        İlk öncə mütəxəssislər istehlakçıların üstünlük verdikləri dadlar barəsində məlumatları toplayıblar. Bu, yeni dadın təyin olunması üçün edilib. Daha sonra isə patentləşdirilmiş süni zəka sistemi həmin məlumatları emal edərək yeni içkinin dad profilini tərtib edib. Bundan əlavə olaraq süni zəka sistemi yeni içkinin sahib olduğu qablaşdırmanın dizaynını da hazırlayıb. Qablaşdırma dizaynında sistem əsas üstünlüyü neon-bənövşəyi rəngə verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər