Curiosity aparatı uzaq keçmişdə Marsın səthində suyun mövcud olduğuna dair yeni sübutlar aşkar edib

Curiosity aparatı uzaq keçmişdə Marsın səthində suyun mövcud olduğuna dair yeni sübutlar aşkar edib

Süni zəka və Elm
01.03.2023 PAYLAŞIM

    Curiosity aparatı Marsda yerləşən Galle adlı kraterin mərkəzindəki Sharp adlı dağa qalxıb. Alimlər Marsın bu yerində uzaq keçmişdə gölün mövcud olduğuna dair sübutlar aşkar ediblər. Ola bilər ki, keçmişdə Marsın həmin yerində bioloji həyat növü mövcud olub. Qeyd edilmiş yerə çatmaq üçün Curiosity aparatı 800 metr hündürlüyə qalxıb. Aparat Sharp dağının 5 km hündürlükdə yerləşən pik nöqtəsinə qalxa bilmədiyi üçün qətt edilmiş 800 metr hündürlük qədim gölün izlərini aşkar etmək üçün kifayətdir. Aparat tərəfindən həmin ərazidə çəkilmiş fotolara əsasən uzaq keçmişdə dağ yamaclarından çay axıb.

    Su axınları isə nəticədə qayalarda xarakterik izlər qoyublar. Bu cür izlər adətən dənizin, çayın, gölün dibində və ya sahilə yaxın böyük olmayan dərinlikdə olurlar. Milyardlarla il ərzində çöküntü süxurlar daşa çevrilərək həmin ərazidə qədim gölün mövcud olması ilə bağlı sübutları özlərində qoruyub saxlayıblar. Marsın səthində nə vaxtsa suyun olmasına işarə edən daha bir faktor sürüşmə izlərinin olmasıdır. Curiosity aparatı Sharp dağının yamaclarında iri qayalara rast gəlib. Həmin qayaların yerləşdikləri yerlər onların nə vaxtsa nəm süxur üzərində sürüşdüklərinə işarə edirlər. Onların kütlələri və yerləşdikləri yerlər onu göstərirlər ki, bütün bu geoloji proseslərin arxasında su dayanır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Süni zəka əsaslı ChatGPT çat-botu öz yaradıcılarından qaçış planını tərtib edib..

Süni zəka əsaslı ChatGPT çat-botu yenidən təəccübləndirməyə davam edir. Görünür, bu dəfə çat-bot öz ..


OpenAI şirkəti süni zəka əsaslı GPT-4 dil modelini qapalı edib

Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb.


GPT-4 əsaslı çat-bot müəyyən tapşırığı yerinə yetirmək üçün özünü insan kimi qəl..

Yenicə təqdim edilmiş süni zəka əsaslı GPT-4 dil modelinin tərtibatçıları sözügedən dil modeli əsası..


James Webb kosmik teleskopu supernovaya çevrilmə prosesində olan ulduzun fotosun..

NASA WR 124 adlı ulduzun James Webb kosmik teleskopu tərəfindən çəkilmiş fotosunu sərgiləyib...


Fotoların tərtib edilməsi üçün olan Midjourney neyron şəbəkəsinin yeni versiyası..

Mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsini reallaşdıran ən məşhur neyron şəbəkəl..


Google tibbi suallara daha ətraflı və düzgün cavab verə bilən süni zəka sistemin..

Hər il keçirilən The Check Up adlı tədbir çərçivəsində Google şirkəti səhiyyə sahəsində maraqlı təşə..

×