Daimi şəkildə deformasiyaya məruz qalan Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf edilib

Daimi şəkildə deformasiyaya məruz qalan Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf edilib

Süni zəka və Elm
18.05.2023 PAYLAŞIM

    Günəş sistemindən 90 işıq ili uzaqlığında Yer kürəsi ölçüsündə yeni ekzoplanet kəşf edilib. Kəşf edilmiş yeni ekzoplanet LP 791-18d adını əldə edib və o, Krater bürcündə yerləşir. Ekzoplanetin orbitini müşahidə edən zaman alimlər təyin ediblər ki, LP 791-18d Yer kürəsindən sadəcə bir qədər böyük və daha kütləlidir. Bununla belə onun bir tərəfi həmişə öz ulduzuna tərəf istiqamətlənib. Planetin həmişə öz ulduzuna tərəf istiqamətlənmiş hissəsində temperatur yüksək göstəricidədir.

    Buna görə də çətin ki, həmin hissədə su maye şəklində mövcud ola bilsin. Lakin ekzoplanetin yüksək vulkanik aktivliyə sahib olması onda atmosferin olmasına səbəb ola bilər. Bunun sayəsində su planetin həmişə qaranlıq qalan tərəfində buxar halından maye və ya bərk hala keçid edə bilər. LP 791-18d qırmızı cırtdan (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növü) ətrafında dövr edir və o, yaşayış zonasının (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) daxili kənar hissəsində yerləşir. LP 791-18d-nin kəşf edilməsindən öncə alimlər həmin ulduz sistemində daha bir planetin mövcud olmasından xəbərdar idilər.


    Söhbət, LP 791-18c adlı planetdən gedir. O, ölçü baxımından daha böyük və yüksək kütləlidir. Daha böyük ölçüyə və kütləyə sahib LP 791-18c planeti LP 791-18d-nin yanından yaxın məsafədə keçən zaman LP 791-18d-yə qravitasiya təsiri göstərir. Bu səbəbdən də LP 791-18d-nin orbiti ellips formasındadır. Qravitasiya təsiri həmçinin LP 791-18d-ni müəyyən səviyyədə deformasiya edir. Bu səbəbdən də onun səthində yüksək vulkanik aktivlik mövcuddur. Buna bənzər proses həmçinin Yupiterin İo adlı peykində də baş verir.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×