Logo
    main-post-cover

    Davosda AI gərginliyi: Musk, Nadella və Nvidia eyni səhnədə

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, bu il İsveçrənin Davos şəhərində keçirilən World Economic Forum toplantısı əvvəlki illərdən fərqli olaraq demək olar ki, böyük bir texnologiya və süni intellekt konfransını xatırlatdı. Tədbirdə Elon Musk, Jensen Huang, Dario AmodeiSatya Nadella kimi texnologiya nəhənglərinin rəhbərləri səhnəyə çıxaraq süni intellektin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.
    World Economic Forum Early Careers Program 2026
        Əsas mövzu gözlənildiyi kimi, süni intellekt olub. Şirkət rəhbərləri AI-ın dünyanı köklü şəkildə dəyişəcəyini vurğulasalar da, eyni zamanda bu sahədə şişirdilmiş gözləntilərin böyük bir “balon” yarada biləcəyini də etiraf ediblər. Bununla yanaşı, çıxışlar zamanı rəqiblərə və hətta tərəfdaşlara qarşı açıq tənqidlər də diqqət çəkib. Müşahidəçilərin fikrincə, əvvəlki illərdə Davosda daha çox iqlim dəyişikliyi və qlobal yoxsulluq kimi mövzular ön planda olsa da, bu il həmin panellər ciddi maraq görməyib. Əvəzində əsas küçədə Meta, Salesforce və digər texnologiya şirkətlərinin stendləri dominantlıq edib. Vizual olaraq Davosun siması tam dəyişmiş kimi görünürdü.
        Maraqlı məqamlardan biri də Anthropic rəhbəri Dario Amodeinin ABŞ-nin Nvidia çiplərinin Çinə ixracına icazə verməsini sərt tənqid etməsi olub. O, süni intellekt data mərkəzlərini “dahi insanlarla dolu bir ölkə”yə bənzədərək, bu gücün potensial rəqiblərə ötürülməsinin riskli olduğunu bildirib. Bu açıqlama, həm texnologiya, həm də geopolitik və ticarət müzakirələrinin kəsişməsində yer alıb.
        Microsoft-un rəhbəri Satya Nadella isə fərqli mövqedən çıxış edərək bildirib ki, süni intellektdən kütləvi istifadə artmasa, bu sahədə balon partlaya bilər. O, AI-ın yalnız varlı ölkələrdə deyil, bütün dünyada geniş yayılmasının vacibliyini vurğulayıb. Nvidia CEO-su Jensen Huang isə hökumətləri və bazarları bu sahəyə daha çox investisiya yatırmağa çağırıb və süni intellektin yeni iş yerləri yaradacağını önə çəkib.
    Paylaş