Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Süni zəka və Elm
24.01.2023 PAYLAŞIM

    Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun daxilində nüvə sintezi gedir. Sözügedən ekzoplanet Yer kürəsindən 130 işıq ili uzaqlığında yerləşən HD 206893 adlı ulduzdan 483 milyon km aralıda olan orbitdə aşkar edilib. Məlumatda qeyd edilib ki, HD 206893 adlı ulduz bizim Günəşdən 30% daha böyükdür. Məlumdur ki, bu ulduz protoplanet diskinə (cavan ulduzun ətrafında dövr edən və sıx qazdan ibarət olan disk) sahibdir. Bu isə o deməkdir ki, onun ətrafında planetlər hələ formalaşma prosesindədirlər. Avropa Kosmik Agentliyinə məxsus olan Gaia adlı kosmik teleskop ulduzlu səmanın dəqiq müşahidəsini aparmağa imkan verir və ilk növbədə qalaktikanın 3D modelinin yaradılması üçün nəzərdə tutulub.

    Gaia tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək alimlər Çilidə yerləşən Very Large Telescope adlı teleskop kompleksinin sahib olduğu GRAVITY adlı aləti işə salıblar. Onlar bunu sözügedən ulduz sistemində yeni ekzoplanetin mövcud olub-olmadığını təsdiqləmək üçün ediblər. Nəticədə yeni ekzoplanetin mövcudluğu təsdiqlənib və ona HD 206893c adı verilib. Alimlərin aparmış olduqları müşahidələr çərçivəsində həmçinin ekzoplanetin atmosferinin işıq spektri analiz edilib. Nəticədə alimlər güman ediblər ki, ekzoplanetin daxilində deyteriumun (hidrogen izotoplarından biri) iştirakı ilə nüvə sintezi gedir. Məlumatda qeyd edilib ki, HD 206893c adlı yeni ekzoplanetin kütləsi Yupiterin kütləsindən 13 dəfə daha böyükdür.


    Onun nəhəng ölçüsü və daxilində nüvə sintezinin getmə faktı ona işarə edir ki, o, planet və qəhvəyi cırtdan sinifinə daxil olan ulduz arasındakı aralıq mərhələsindədir. Bu cür obyektlər adətən adi ulduz kimi formalaşırlar. Lakin onların kütlələri onları adi ulduzlar sinifinə daxil etmək üçün kifayət qədər böyük olmurlar. Bu kəşf onu göstərir ki, Gaia teleskopu potensial ekzoplanetlərin aşkar edilməsi imkanına sahibdir. Daha sonra bu cür kosmik obyektlər James Webb kosmik teleskopu kimi digər teleskoplar vasitəsilə daha detallı şəkildə analiz edilə bilərlər.



DAHA ÇOX


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan..


Google yaxın zamanda GPT-4-ün əsas rəqibini istifadəyə verməlidir

Google yaxın zamanda süni zəka sahəsindəki yeni məhsulunu təqdim edəcək.


Coca-Cola-nın yeni içkisinin dad; və qablaşdırma dizaynı süni zəka tərəfindən tə..

Coca-Cola şirkəti dadı və dizaynı süni zəka tərəfindən hazırlanmış Y3000 adlı yeni içkisini təqdim e..


Böyük texnoloji şirkətlərin rəhbərləri süni zəkanın risklərini müzakirə ediblər..

Elon Musk, Mark Zuckerberg, Bill Gates və İT sahənin digər böyük şəxsləri ABŞ Senatının 60 nəfər üzv..

×