Logo
    main-post-cover

    DeepMind həmtəsisçisi süni zəkanın tez zamanda yaradılması ideyasından imtina edilməsinin tərəfdarıdır

    Süni İntellekt
    01.11.2023
    Emil
         Süni zəka sahəsində fəaliyyət göstərən və Google şirkətinə məxsus olan DeepMind laboratoriyasının həmtəsisçisi Demis Hassabis Böyük Britaniyada keçirilmiş sammit çərçivəsində süni zəkanın tez zamanda yaradılması cəhdindən imtina etməyə çağırışlar edib. Onun sözlərinə əsasən Silikon Vadisinə xas olan "sürətlə hərəkət etmək" prinsipi texnoloji şirkətlərə böyük uğurlar gətirib. Lakin onun fikrincə süni zəka tələsik şəkildə hazırlama prinsipindən daha önəmli xarakter daşıyır. Hassabis qeyd edib ki, biz ilk növbədə süni zəka sistemlərini anladığımızı və onları təhlükəsiz, məsuliyyətli şəkildə müxtəlif sahələrə inteqrasiya edə biləcəyimizi başa düşməliyik. Mütəxəssisin fikrincə süni zəka ilə bağlı əsas risklərdən biri də süni zəka tərəfindən fake məlumatların tərtib olunmasıdır.
    Paylaş