DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

Süni zəka və Elm
11.03.2022 PAYLAŞIM

    Google şikətinə məxsus olan DeepMind laboratoriyası daha əvvəl uğurla süni zəkaya insan səviyyəsində proqramlaşdırmanı öyrətmişdi. İndi isə mütəxəssislər daha bir sahəni fəth etmək qərarına gəliblər Söhbət, süni zəkanın tətbiqi arxeologiyada istifadəsindən gedir. Belə ki, DeepMind-ın yaratdığı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı onların mənşəyni və tarixini təyin edə bilir. Bunun üçün DeepMind mütəxəssisləri İtaliyadan, Fransadan və Yunanıstandan olan tarixçilər ilə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. Nəticədə Ithaca adlı süni zəka sistemi yaradılıb.


    Sözügedən sistem zədələnmiş qədim mətnləri 62% dəqiqliklə bərpa edə, 71% dəqiqliklə onların mənşəyini təyin edə və 30 ilə kimi dəqiqliklə onların tarixlərini təyin edə bilir. Məlumdur ki, arxeologiya sahəsində faəliyyət göstərən mütəxəssislər fərdi şəkildə qədim sənədlərin bərpa olunmalarında 25%-lik dəqiqliyə nail olublar. Ithaca vasitəsilə isə bu göstəricini 72%-ə yüksəltmək mümkündür. Süni zəka sistemi qədim mətndəki çatışmayan hər bir hissə üçün bir neçə variantı təqdim edir və mütəxəssislər həmin variantlardan birini seçmək imkanına sahib olurlar. DeepMind-ın verdiyi məlumata əsasən süni zəka sistemi digər dəqim dillər ilə çalışmaqda təlimatlandırılır. Bu cür dillərin siyahısına ivrit qədim mayya dili daxildir. Ithaca həm açıq mənbəli koda sahib proqram təminatı formatında həm də pulsuz veb sayt formatında mövcuddur. Mütəxəssislər ondan veb sayt formatında istifadə edə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×