DeepMind şirkətinin süni zəka sistemi qaydalarını bilmədiyi oyunlarda qalib gəlməyi öyrənib

DeepMind şirkətinin süni zəka sistemi qaydalarını bilmədiyi oyunlarda qalib gəlməyi öyrənib

Süni zəka və Elm
24.12.2020 PAYLAŞIM

    DeepMind şirkətinin tətibatçıları hər şeyi fərdi şəkildə öyrənməyi bacaran süni zəka sisteminin hazırlanmasna daha bir addım yaxınlaşıblar. DeepMind əsas məşhurluğunu 2016-cı ildə əldə etmişdi. Həmin vaxtda şirkətin AlphaGo adlı süni zəka sistemi mütəxəssislərin milyonlarla oyun partiyalarını analiz edəndən sonra ən professional go oyunçularına da qalib gəlirdi. 2018-ci ildə şirkət fərdi şəkildə şahmat və go oynamağı öyrənən AlphaZero adlı sistemi təqdim etmişdi. İndi isə MuZero adlı sistem yaradılıb və o, AlphaZero-nu əvəz edir.

MuZero adlı yeni süni zəka sisteminin əsas üstünlüyü isə ondan ibarətdir ki, hansısa oyunu oynamağı öyrənmək üçün ona həmin oyunun qaydalarını bilmək vacib deyil.

    Bu barədə Hightech.plus saytı xəbər verib. Yaradılmış yeni sistem hər hansısa bir oyunda birinci hərəkəti, daha sonra ikinci hərəkəti edir. Bununla belə hər yeni hərəkət edərkən sistem hansı nailiyyətin əldə olunduğunu qeyd edərək icazə verilənin sərhədlərini təyin edir. Məsələn, şahmat oyununda bu, şah və mat nəticəsi, Pac-Man oyununda isə sarı nöqtələrin udulmasıdır. Bütün bu xüsusiyyətləri qeyd edəndən sonra süni zəka sistemi əldə etmək istədiyi nəticəni əldə etmək üçün bütün gücünü səfərbər edir. Başqa sözlə sistem özünü təkmilləşdirir.


    Fərdi qərarlar prosesində öyrənmə modeli, aydın təyinatı olmayan problemləri yerinə yetirmək üçün nəzərdə tutulmuş süni zəkaya ideal şəkildə uyur. Bizim xaotik dünyamızda isə bu cür problemlər kifayət qədərdir. Eyni anda qaydaları analiz edərək təkmilləşən MuZero sistemi DeepMind şirkətinin rəqiblərini böyük həcmli məlumatlardan istifadə məsələsində geridə qoyur. Hətta öyrənmə mərhələsində də bu sistem böyük həcmli resurslara ehtiyac duymur. Məsələ burasındadır ki, MuZero ətraf mühitin yalnız o özəlliklərini modelləşdirir hansılar ki, qərarın qəbulu prosesində vacib rol oynasınlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Marsda mümkün olmayan təbiət hadisəsi qeydə alınıb

Mars planetinin səthini müşahidə edən zaman Perseverance aparatı qeyri adi foto çəkib.


Kainatın genişlənməsinin səbəbi maqnetizmə sahib qara materiya ola bilər

Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər...


NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan ..

NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib.


Alimlər: 'COVID-19 sistemli xəstəlik xarakterini daşıyır'

Bu cür nəticəyə gəlmək üçün alimlər COVID-19 səbəbilə həyatlarını itirmiş xəstələrin toxumalarına ol..


Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

İqtisadiyyatın bu modeli sosializmin sosial cavabdehlik daşıyan kapitalizm ilə spesifik qarışığıdır...


Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini y..

Həvəskar astrofotoqraf Süd Yolu qalaktikasının detallı təsvirini təqdim edib.

×