DeepSeek flaqman AI modelinin qiymətini daimi olaraq 75 % endirdi
Süni İntellekt
25.05.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, DeepSeek flaqman modeli olan DeepSeek V4 Pro üçün qiymətləri kəskin şəkildə azaltmaq qərarı verib. Şirkət modelin istifadəsi üçün tətbiq edilən qiymətləri daimi olaraq 75 % endirib və bununla da əvvəlcə yalnız kampaniya kimi nəzərdə tutulan endirimi qalıcı edib. Şirkətin rəsmi qiymət səhifəsində yer alan məlumata əsasən, DeepSeek V4 Pro modelinin qiymətləri artıq 1 milyon token üçün 0.003625 – 0.87 dollar arasında dəyişir. Halbuki əvvəl bu rəqəm 0.0145 – 3.48 dollar intervalında idi. Beləliklə, DeepSeek xüsusilə iri müəssisələr və gündə milyonlarla token istifadə edən korporativ müştərilər üçün daha sərfəli seçimə çevrilməyi hədəfləyir.
Qiymət endirimi DeepSeek-in V4 Pro və V4 Flash modellərini təqdim etməsindən təxminən bir ay sonra baş verib. Şirkət həmin vaxt bu modellərin “1 milyon kontekst uzunluğu üçün sərfəli AI dövrünü” başladacağını bildirmişdi. Ekspertlər hesab edir ki, bu addım bazarda rəqabəti daha da gücləndirə bilər. Çünki yeni qiymətlər DeepSeek-i OpenAI-ın GPT-5 modeli və Google tərəfindən təqdim edilən Gemini 3.5 Flash kimi rəqiblərlə müqayisədə daha əlçatan alternativə çevirir.
Qeyd edək ki, daha əvvəl Anthropic DeepSeek-i Claude modellərindən icazəsiz öyrənmə (distillation attacks) metodlarından istifadə etməkdə ittiham etmişdi. Buna baxmayaraq, şirkət qiymət strategiyası ilə bazarda “büdcə dostu AI” mövqeyini gücləndirməyə davam edir.
Paylaş
