Logo
    main-post-cover

    DeepSeek gəlirdən çox ümumi süni zəkanın yaradılmasına istiqamətlənib

    Süni İntellekt
    03.03.2025
    Emil
         Çinin DeepSeek startapı, "məntiqi düşünmə" qabiliyyəti ilə tanınan R1 adlı süni zəka modeli sayəsində qlobal məşhurluq qazansa da, elmi araşdırmaları maliyyə qazancından üstün tutur. Şirkət, Liang Wenfeng tərəfindən təsis edilib və ictimaiyyətlə minimal əlaqə strategiyasına sadiq qalaraq media müsahibələrindən qaçır. DeepSeek, ümumi süni zəkanın (AGI) inkişafına fokuslanıb, öz nailiyyətlərini açıq şəkildə paylaşır və investorların böyük marağına baxmayaraq, əlavə maliyyə cəlb etmək üçün tələsmir. Buna baxmayaraq, şirkət Çində ən hörmətli texnoloji startaplardan biri hesab olunur.
         Onların R1 modeli Silikon Vadisi və Wall-Street-in diqqətini cəlb etdikdən sonra, Liang Wenfeng tərəfindən təsis edilmiş və hedc fondundan çıxmış startapı minimal ictimaiyyət strategiyasına sadiq qalmağa davam edir. Şirkət əsasən tərtibatçılar icması ilə qarşılıqlı əlaqədə olur. 40 yaşlı təsisçi ictimai şərhlərdən qaçır və artıq 1 aydan çoxdur ki, KİV-ə müsahibə vermir. Liang-ın son zamanlardakı yeganə ictimai çıxışı digər 14 tədqiqatçı ilə birlikdə yazdığı elmi məqalənin həmmüəllifi olması olub. Maraqlıdır ki, 15 müəllifdən 12-si R1-in hazırlanmasında iştirak edib, bu da rəhbərin DeepSeek araşdırmalarına aktiv şəkildə cəlb olunduğunu təsdiqləyir.
    Liang Wenfeng:
         Anonim mənbəyə görə, DeepSeek əlavə investisiya cəlb etməyi və ya kommersiya fəaliyyətini genişləndirməyi planlaşdırmır. Bunun əvəzinə, Liang Wenfeng ümumi süni zəkanın inkişafına fokuslanaraq modellərin effektivliyini minimal resurs xərcləri ilə artırmağa çalışır. Mənbənin sözlərinə görə, bunun nə dərəcədə strateji cəhətdən düzgün qərar olduğunu və şirkətin bu rejimdə tədqiqatları nə qədər müddət dəstəkləyə biləcəyini zaman göstərəcək. Çinin ən tanınmış və hörmət edilən şirkətlərindən biri olmasına baxmayaraq, DeepSeek özünü az tanınan bir startap kimi təqdim edir, ziyarətçilər və potensial investorlar üçün çıxışı məhdudlaşdırır.
         Bununla belə, SemiAnalysis məlumatlarına görə, şirkət öz tədqiqatlarına 500 milyon dollardan çox investisiya yatırıb. Şirkət komanda, struktur və tədqiqat qrafiki barədə məlumat açıqlamır. Reuters bildirib ki, şirkət R1-in varisi olan R2 modelinin buraxılışını sürətləndirir. Nəticədə, əvvəlcə may ayına planlaşdırılan R2-nin təqdimatı daha erkən vaxta keçirilir. DeepSeek, V2 və V3 modellərini 7 aylıq fərqlə (may və dekabrda) buraxıb, V3 əsaslı R1 isə yanvarda təqdim edilib. Liang-ın komandası tərtibatçılar icması ilə tədqiqatlarını paylaşmağa davam edir. Keçən həftə şirkət DeepSeek süni zəka infrastrukturunun texniki detalları ilə bağlı açıq mənbəli 3 repozitoriya yayımlayıb.
         Bu materiallar şirkətin necə aşağı maliyyəli, lakin yüksək performanslı modellər yaratdığını göstərir. Üçüncü tərəf tərtibatçılar bu addımı yüksək qiymətləndiriblər. DeepSeek tədqiqatçılarından ibarət kiçik bir qrup, Şanxayda keçirilmiş Qlobal Tərtibatçılar Konfransında qapalı iclasda da iştirak edib. Əvvəlki müsahibələrində Liang Wenfeng bildirib ki, DeepSeek-in məqsədi ümumi süni zəkaya nail olmaqdır. Ümumi süni zəkanın nə zaman əldə olunacağı ilə bağlı suala o, belə cavab verib: “Bu, 2, 5 və ya hətta 10 il çəkə bilər, amma bizim həyatımızda buna nail olunacaq”.
    Paylaş
    Bənzər xəbərlər
    deepseek-in-suni-zeka-xidmetlerinin-gelirlilik-seviyyesi-545-teskil-edib
    Tech-Biznes

    DeepSeek-in süni zəka xidmətlərinin gəlirlilik səviyyəsi 545% təşkil edib

    DeepSeek böyük dil modeli tərtibatçıları keçən həftə öz dil modelləri olan V3 və R1-in nəzəri gəlirliliyi barədə maraqlı məlumatlar dərc ediblər.
    britaniyadaki-teleblerin-demek-olar-hamisi-tehsilde-suni-zekadan-istifade-edir
    Süni İntellekt

    Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir

    Böyük Britaniyanın Ali Təhsil Siyasəti İnstitutu (HEPI) tərəfindən aparılmış araşdırma süni zəkanın tələbələr arasında sürətlə məşhurlaşdığını göstərib.
    microsoft-suni-zeka-vasitesile-intim-kontentlie
    Təhlükəsizlik

    Microsoft süni zəka vasitəsilə intim kontentlər hazırlamış haker qruplaşmasını çökdürüb

    Microsoft, ABŞ və digər ölkələrdən olan hakerlərin süni zəka əsaslı generativ alətlərin məhdudiyyətlərini aşaraq zərərli kontent yaratdıqlarını aşkar edib. Bu fəaliyyətə Azure bulud xidmətində OpenAI modellərindən istifadə edən hakerlər də daxildir.
    openai-gpt-45-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    OpenAI GPT-4.5 süni zəka modelini təqdim edib

    OpenAI şirkəti GPT-4.5 süni zəka modelini təqdim edib. Bu, şirkətin indiyə qədərki ən inkişaf etmiş və genişmiqyaslı böyük dil modelidir (LLM). İstehsalçının sözlərinə görə, bu, onların "ən məlumatlı modeli"dir, lakin GPT-4.5-in inqilabi bir model olmadığı aydındır və bəzi hallarda məntiqi düşünmə bacarıqlarına malik o1 və o3-mini modelləri qədər yüksək nəticələr göstərməyə bilər.
    tencent-sirketi-deepseek-den-daha-suretli-calisan-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Tencent şirkəti DeepSeek-dən daha sürətli çalışan süni zəka modelini təqdim edib

    Tencent Holdings şirkəti Hunyuan Turbo S adlı yeni süni zəka modelini təqdim edib. Şirkətin iddiasına görə, bu model sorğulara DeepSeek R1-dən daha sürətli reaksiya verir və düşünmə qabiliyyətinə malikdir.