Logo
    main-post-cover

    DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir

    Süni İntellekt
    30.01.2025
    Emil
         Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Microsoft OpenAI şirkətləri son həftələr ərzində ətrafında böyük səs-küy yaranmış DeepSeek şirkətinin OpenAI məlumatlarını oğurladığı ehtimalının olub-olmadığını yoxlayacaqlar. Microsoft-un təhlükəsizlik şöbəsinin mütəxəssisləri hələ payız fəslində aşkar etmişdilər ki, DeepSeek ilə əlaqəli ola biləcək bəzi şəxslər OpenAI API üzərindən böyük həcmli məlumatların əldə edilməsi sorğularını göndərirlər. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti API-dan istifadə imkanını pul qarşılığında satır və kənar tərtibatçılar ondan istifadə edərək OpenAI şirkətinin süni zəka modellərini öz məhsullarına inteqrasiya edə bilirlər.
        OpenAI şirkətinin əsas texnoloji partnyoru və ən böyük investoru qismində çıxış edən Microsoft öz növbəsində şirkəti bu hal barəsində məlumatlandırıb. Bu cür fəaliyyət növü OpenAI şirkətinin xidmət şərtlərini poza və ya DeepSeek-in OpenAI müştəriləri tərəfindən əldə edə biləcəkləri məlumatların həcmləri mövzusunda olan məhdudiyyətdən yan keçməyə çalışmasına işarə edə bilər. Qeyd etmək lazımdır ki, Çində fəaliyyət göstərən DeepSeek şirkəti bir neçə müddət bundan öncə məntiq yürüdə bilən R1 adlı süni zəka modelini təqdim etdi və istifadəyə verdi. Nəticədə bu süni zəka modeli bazarda böyük səs-küyə səbəb oldu. Səbəb isə ondadır ki, OpenAI, Google Meta kimi şirkətlərin öz süni zəka modellərinin hazırlanması və inkişaf etdirilməsi üçün milyardlarla dollar vəsait sərf etdikləri halda DeepSeek bu prosesləri çox məhdud resurs çərçivəsində reallaşdıra bilib.
         DeepSeek-in sözlərinə əsasən R1 bəzi vacib testlərdə ChatGPT-ni və Google Gemini-ni geridə qoyur. Burdan da belə qənaətə gəlmək olar ki, ABŞ-ın süni zəka sahəsindəki hegemonluğu üzərində potensial təhlükə riski yaranmış ola bilər. 28 yanvar tarixində ABŞ prezidenti Donald Trump-ın süni zəka məsələləri üzrə baş məsləhətçisi David Sacks qeyd etdi ki, DeepSeek texnologiyasının hazırlanması çərçivəsində OpenAI modellərindən istifadəyə dair ciddi sübutlar mövcuddur. David Sacks həmçinin distillə üsulundan da danışıb. Bu, oxşar imkanları inkişaf etdirmək məqsədilə bir süni zəka modelinin digər süni zəka modelinin məlumatlarından istifadə etməsi üsuludur.
    Paylaş
    Bənzər xəbərlər
    deepseek-italiyada-tenzimleyici-orqanin-nezerine-tus-gelib
    Proqram Təminatı

    DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib

    Technote.az Engadget saytına istinadən bildirir ki, İtaliyanın məlumatların qorunması üzrə tənzimləyici orqanı Garante, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek şirkətinin süni zəka modelinin şəxsi məlumatlardan istifadəsi ilə bağlı məlumat tələb edir.
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Süni İntellekt

    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı

    Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib.
    deepseek-fotolarin-tertibati-ucun-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib

    Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib.
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    Süni İntellekt

    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər

    Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
    donald-trump-microsoft-tiktok-u-elde-etmek-ucun-danisiqlar-aparir
    Tech-Biznes

    Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"

    Technote.az Reuters platformasına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trump, Microsoft-un TikTok-u əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib və bu prosesdə bir çox iştirakçının təklif verəcəyini gözlədiyini bildirib.