DeepSeek öz süni intellekt çiplərini hazırlayır
Süni İntellekt
07.07.2026
Sevinj
Çinin süni intellekt sahəsində sürətlə yüksələn şirkətlərindən biri olan DeepSeek öz süni intellekt çiplərini hazırlamağa hazırlaşır. Məlumata görə, DeepSeek əsas diqqətini "inference" adlanan, yəni artıq təlim keçmiş süni intellekt modellərinin işlədilməsi üçün nəzərdə tutulan çiplərin hazırlanmasına yönəldib. Şirkətin məqsədi hazırda istifadə etdiyi üçüncü tərəf həllərindən, xüsusilə də NVIDIA və Huawei kimi istehsalçılardan asılılığını azaltmaqdır. Hesabatda bildirilir ki, DeepSeek artıq istehsal tərəfdaşları ilə danışıqlara başlayıb və layihə üçün mühəndislərin işə qəbulunu səssiz şəkildə həyata keçirir. Şirkət tərəfindən bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.
Ekspertlər hesab edirlər ki, DeepSeek-in çip istehsalına daxil olması Çin süni intellekt bazarında rəqabəti daha da gücləndirə bilər. Şirkət daha əvvəl aşağı xərc və yüksək performans təklif edən açıq mənbəli süni intellekt modeli ilə qlobal texnologiya sektorunun diqqətini cəlb etmişdi. Əgər DeepSeek yeni çiplərində də eyni dərəcədə enerji və xərc səmərəliliyi təmin edə bilsə, bu, süni intellekt çipləri bazarında dominant mövqeyə sahib NVIDIA üçün əlavə təzyiq yarada və bazardakı rəqabəti daha da artıracaq.
Paylaş