DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər
Süni İntellekt
31.01.2025
Emil
Çin süni zəka startapı DeepSeek-in uğurları ABŞ rəsmilərində həm heyranlıq, həm də narahatlıq yaradıb. Microsoft, DeepSeek-in dil modellərinin OpenAI-dan qanunsuz şəkildə əldə edilmiş məlumatlar vasitəsilə təlimatlandırılmış ola biləcəklərindən şübhələnir. ABŞ hökuməti isə çinli tədqiqatçıların süni zəka texnologiyaları üçün lazımlı olan NVIDIA sürətləndiricilərini Sinqapurdakı vasitəçilər üzərindən sanksiyalardan yan keçərək əldə etdiklərindən biləcəklərindən şübhələnir.
ABŞ 2023-cü ilin sonundan etibarən Çin üçün NVIDIA H800 sürətləndiricilərinin ixracına qadağa qoyub. Lakin DeepSeek-in keçən ay təqdim etmiş olduğu V3 süni zəka modelini 2048 ədəd H800 sürətləndiricisi vasitəsilə təlimatlandırdığı hesab edilir. Bu isə onların həmin avadanlıqlara necə çıxış əldə etdiyini sual altına qoyur. ABŞ-ın yeni ticarət məhdudiyyətlərinə baxmayaraq, Sinqapur hələ də müəyyən texnologiyaların tədarükünə icazə verən keçid nöqtələrindən biri olaraq qalır.
- 2023-cü ildə Sinqapur, ABŞ istehsalı olan yüksək performanslı hesablama avadanlıqlarının tam qadağasından yayına bilib
- 2024-cü ilin əvvəlində Joe Biden administrasiyası ixrac üçün kvotalar müəyyən edib
- ABŞ-ın Sinqapura ixrac etdiyi NVIDIA sürətləndiricilərinin sayı 1700 ədədi keçməməlidir
- Daha böyük partiyalar ixrac üçün ABŞ hökumətinin xüsusi icazəsinə ehtiyac duyur.
Bununla belə, NVIDIA Sinqapurda əldə etdiyi gəlirin 20%-ni burada qeydiyyatdan keçirsə də, ölkəyə əslində daha az məhsul ixrac etdiyini bildirir. Şirkətin verdiyi məlumata görə, Sinqapur əsasən NVIDIA məhsullarının beynəlxalq satış ödənişlərinin emal edildiyi bir nöqtədir və real məhsul tədarükü bir çox digər ölkələrə həyata keçirilir. DeepSeek 2023-cü ilin sonundan Çinə ixracı qadağan edilmiş NVIDIA H800 sürətləndiricilərindən istifadə edə bilib. Lakin bu avadanlıqları necə əldə etdiyi bilinmir.
ABŞ hökuməti hesab edir ki, DeepSeek bu qadağanı keçmək üçün Sinqapurdakı vasitəçilərdən istifadə edib. Bloomberg-in məlumatına əsasən, çinli tədqiqatçılar, NVIDIA sürətləndiricilərini birbaşa Çin əvəzinə, üçüncü ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə əldə ediblər. NVIDIA məsələyə reaksiya verərək bütün ixrac nəzarət qaydalarına riayət etdiyini və ABŞ-ın məhdudiyyətlərinə uyğun hərəkət etdiyini bildirib.
ABŞ hökuməti hələlik Çinə ixracı qanuni olan NVIDIA H20 sürətləndiricilərini də ixrac məhdudiyyətlərinə əlavə etməyi düşünür. ABŞ-ın potensial yeni ticarət naziri Howard Lutnick, "ABŞ texnologiyalarının Çinlə rəqabətdə istifadə edilməsinə imkan verməmək niyyətində olduğunu" bildirib. Onun sözlərinə görə, Çinin, bəzi kateqoriyalı ABŞ istehsalı olan hesablama avadanlıqlarına çıxışı tamamilə bağlanmalıdır. Bu isə Çinin süni zəka sahəsində inkişafını yavaşlatmaq üçün nəzərdə tutulmuş yeni bir addım ola bilər.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Microsoft və OpenAI şirkətləri son həftələr ərzində ətrafında böyük səs-küy yaranmış DeepSeek şirkətinin OpenAI məlumatlarını oğurladığı ehtimalının olub-olmadığını yoxlayacaqlar.
Proqram Təminatı
DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib
Technote.az Engadget saytına istinadən bildirir ki, İtaliyanın məlumatların qorunması üzrə tənzimləyici orqanı Garante, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek şirkətinin süni zəka modelinin şəxsi məlumatlardan istifadəsi ilə bağlı məlumat tələb edir.
Süni İntellekt
DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib.
Süni İntellekt
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib.
Süni İntellekt
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
Ən çox oxunanlar