Logo
    main-post-cover

    DeepSeek süni intellekt API qiymətlərini artıracağını açıqladı

        Çinin süni intellekt şirkəti DeepSeek yaxın vaxtlarda API xidmətlərinin qiymətlərini əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb. Şirkət hələlik yeni tarifləri və artımın dəqiq faizini paylaşmasa da, bu qərarın bütün API qiymətlərinə şamil ediləcəyi bildirilib. Bu qərar diqqət çəkir. Çünki DeepSeek son bir ildə bazarda ən ucuz süni intellekt modellərini təqdim edərək rəqiblərini də qiymətləri aşağı salmağa məcbur etmişdi. Şirkət cəmi bir həftə əvvəl təqdim etdiyi V4-Flash modelini də bazardakı ən sərfəli AI modellərindən biri kimi təqdim edirdi.
    Beware of DeepSeek Hype: It's a Breeding Ground for Scammers - SecurityWeek
        Mütəxəssislərin fikrincə, qiymət artımının əsas səbəbi xidmətə olan yüksək tələbatdır. İstifadəçilərin sayının sürətlə artması şirkətin hesablama infrastrukturuna əlavə yük yaradıb. Süni intellekt xidmətlərinin işlədilməsi isə yüksək hesablama gücü və enerji tələb etdiyindən, çox aşağı qiymət siyasətini uzun müddət davam etdirmək çətinləşir. DeepSeek son aylarda bu problemi həll etmək üçün pik saatlarda daha yüksək qiymət tətbiq etməyə başlayıb. Şirkətin gələcəkdə pik yüklənmə vaxtlarında tarifləri daha da artıracağı da istisna edilmir.
        Bununla yanaşı, bazarda rəqabət də güclənib. Meta və OpenAI kimi şirkətlər son modellərində həm performans, həm də qiymət baxımından DeepSeek-ə daha yaxın nəticələr təqdim etməyə başlayıblar. Bu isə DeepSeek-in ən böyük üstünlüyü hesab olunan "ucuz AI" imicini zəiflədə bilər.
    Paylaş