main-post-cover

    Dinozavrların məhv olmalarına səbəb olmuş meteoru Yer kürəsinə göndərmiş kosmik obyekt məlum olub

    Süni İntellekt
    22.02.2021
    Emil Nəcəfov
        Müasir elm güman edir ki, dinozavrlar 66 milyon il bundan öncə meteorun Yer kürəsi ilə toqquşması nəticəsində məhv olublar. Yeni tədqiqatlar sayəsində isə məlum olub ki, eni 80 km olmuş meteorun Yer kürəsinə düşməsində Yupiter planeti günahkardır. Harvard Universitetinin alimlərinin sözlərinə əsasən Yupiter planetinin qravitasiyası dinoazvrların məhv olmalarında və məmələrin yaranmlarında böyük rol oynayıb. Məlum olub ki, Yer kürəsi ilə toqquşmuş meteor Günəş sisteminin kənarındakı Oort buludunda yaranmış böyük ölçülü asteroidin bir hissəsi olub.
        Güman olunur ki, ilk növbədə kosmik obyekt bizim ulduzun təsiri sayəsində məhv olub və daha sonra Yupiterin qravitasiya sahəsinə daxil olub. O isə öz növbəsində meteoru Yer kürəsi istiqamətinə göndərib. Meteor ilə toqquşma qlobal fəlakət, sunamilər yaradıb və Yer kürəsini alovlara bürüyüb. Kül tullantıları uzun illər ərzində Günəş şüalarının Yer kürəsinə düşmələrinə imkan verməyiblər. Bu isə kütləvi məhvə gətirib çıxardıb. Bu yeni nəzəriyyənin təsdiqi Meksikaya yaxın olan Çiksulub adlı kraterdə aşkar edilib.
        Məlumatda qeyd edilib ki, qədim qalıqların kimyəvi tərkibləri bu məsələdə Yupiterin günahkar olduğunu sübut etməyə imkan veriblər. Kimyəvi nümunələr vasitəsilə əldə edimiş nəticələr bir daha kompüter modelləşdirilməsi vasitəsilə yoxlanılıb. Tədqiqatçılar güman edirlər ki, məhz Yupiterin sayəsində məməlilər təbiətdəki fərqlilik arasında öz yerlərini tapa biliblər. Belə ki, meteor ilə toqquşma nəticəsində havada oksigen miqdarı aşağı səviyyəyə düşüb. Bu isə kərtənkələ sinifinə daxil olan canlıların Yer kürəsində həyatın bərpasından sonra böyük ölçülərə qədər böyümələrinə şərait yaratmayıb.
    Linki kopyala