Logo
    Discord-da 8 min istifadəçi əsassız yerə bloklandı

    Discord-da 8 min istifadəçi əsassız yerə bloklandı

      Discord süni intellekt əsaslı moderasiya sistemində yaranan problem səbəbindən son iki ay ərzində təxminən 8 min istifadəçi hesabının səhvən bloklandığını təsdiqləyib. Şirkətin açıqlamasına görə, AI moderasiya sistemi bəzi tamamilə zərərsiz şəkilləri, o cümlədən video oyunlardakı teksturaları və digər adi vizual faylları yanlışlıqla "zərərli məzmun" kimi qiymətləndirib. Nəticədə minlərlə istifadəçi heç bir qayda pozuntusu etmədiyi halda hesabına giriş imkanını itirib.
    Discord Review | PCMag
      Discord bildirib ki, normalda süni intellekt tərəfindən işarələnən məzmunlar Trust & Safety komandası tərəfindən əlavə olaraq insan moderatorlar tərəfindən yoxlanılır. Lakin buna baxmayaraq, may ayından etibarən təxminən 8 min hesabın səhv qərarla bloklandığı məlum olub. Şirkət hazırda bu səhvin aradan qaldırılması üzərində çalışdığını və yanlışlıqla bloklanan hesabların mərhələli şəkildə bərpa edildiyini açıqlayıb.    

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...