Logo
    main-post-cover

    Disney OpenAI ilə əməkdaşlıqda “test mərhələsi”nə başlayır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Disney ilə OpenAI arasında bağlanan üçillik lisenziya razılaşmasının yalnız ilk ili eksklüziv olacaq. Bunu Disney-in baş icraçı direktoru Bob Ayger CNBC-yə açıqlayıb. Keçən həftə imzalanan razılaşmaya əsasən, Disney-in məşhur personajları OpenAI-ın Sora adlı video generasiya alətində istifadə ediləcək. Bir illik eksklüziv müddət bitdikdən sonra isə Disney digər süni intellekt şirkətləri ilə də oxşar əməkdaşlıqlara açıq olacaq.
    OpenAI joins the Disney world
    Razılaşma OpenAI-a böyük üstünlük qazandırır: Sora istifadəçiləri Disney, Marvel, Pixar və Star Wars daxil olmaqla 200-dən çox məşhur personajdan qanuni şəkildə istifadə edə biləcəklər. Hazırda bu imkan yalnız OpenAI platformasına məxsusdur. Bob Iger bildirib ki, texnoloji inkişafın qarşısını almaq mümkün deyil və Disney bu prosesi kənardan izləmək niyyətində deyil: “Heç bir insan nəsli texnoloji irəliləyişin qarşısını ala bilməyib və biz də bunu etməyə çalışmırıq. Əgər bu proses mövcud biznes modellərimizi dəyişəcəksə belə, biz onun bir parçası olmalıyıq”.
    Paylaş