DNT ilə RNT-nin yaranması üçün vacib olan 5 birləşmə meteor nümunələrində aşkar edilib

DNT ilə RNT-nin yaranması üçün vacib olan 5 birləşmə meteor nümunələrində aşkar edilib

Süni zəka və Elm
27.04.2022 PAYLAŞIM

    Panspermiya hipotezininin versiyalarından birinə əsasən Yer kürəsinə bioloji həyat növü kometlər, asteroidlər və ya meteorlar tərəfindən daxil edilib. Qeyd etmək lazımdır ki, daha öncə Yer kürəsinə düşmüş meteorlarda alimlər bəzi orqanik birləşmələri aşkar etmişdilər. Onların arasında DNTRNT-nin yaranması üçün lazım olan əsas birləşmələrdən 3-ü də var idi. Söhbət, adenin, quanin urasildən gedir. Bütün bunlar azot əsaslarıdır. Lakin bununla yanaşı DNT və RNT-nin yaranması üçün həmçinin sitozin timin də lazımdır. Bütün bu birləşmələr Yer kürəsinə düşmüş daş paçasında aşkar edilsə, əvvəldə qeyd edilmiş hipotezin təsdiqinə bir addım da yaxınlaşmaq mümkün olar.

    Verilmiş yeni məlumata əsasən bu cür araşdırma müsbət nəticə verib. Daha əvvəllər meteor nümunələrində ənənəvi orqanik birləşmələr yüksək temperatura kimi qızdırılmış qarışqa turşusu vasitəsilə axtarılırdı. Belə ki, parçalanmış meteor nümunələri turşu daxilinə yerləşdirilir və daha sonra nümunə daxilində ola biləcək bütün orqanik faktorlar əriyəndən sonra analiz aparılır. Nəticədə alimlər adenin, quanin və urasili rahatlıqla aşkar edə bilirdilər. Lakin onlar sitozin ilə timinə rast gələ bilmirdilər.


    Aparılmış yeni tədqiqat çərçivəsində isə alimlər meteor nümunəsində ola biləcək orqanik faktorların əriməsi üçün su əsaslı soyuq mayedən istifadə ediblər. Bundan əlavə olaraq onlar analiz çərçivəsində molekulyar tərkibin araşdırılması üçün nəzərdə tutulmuş yüksək həssaslı cihazdan da istifadə ediblər. İstifadə edilmiş bu yeni üsullar özlərini doğruldublar. Belə ki, 3 meteor nümunəsində ilk dəfə olaraq həm sitozin həm də timin aşkar edilib. Bu isə o deməkdir ki, Yer kürəsinə biloji həyat növünü DNT və RNT-nin yaranmasına səbəb olan 5 əsas birləşməni özündə daşımış kosmik obyekt gətirmiş ola bilər. Alimlər bu istiqamətdə araşdırmalarını davam edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×