Dövlət qurumları üçün süni intellekt təlim proqramı başa çatıb
Süni İntellekt
02.05.2026
Farid
Dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı yekunlaşıb. Proqram 1 may tarixində sertifikat təqdimetmə mərasimi ilə başa çatıb.
Technote.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Süni İntellekt üzrə Tədris Mərkəzi tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə təşkil edilib.
Təlim çərçivəsində iştirakçılar süni intellekt əsaslı həllər üzrə biliklər əldə ediblər. Onlar informasiya təhlükəsizliyi risklərinin qabaqcadan müəyyən edilməsi və proqnozlaşdırılması istiqamətində praktiki bacarıqlar qazanıblar.
Proqram süni intellektin dövlət qurumlarında tətbiqinə yönəlib. Bu çərçivədə iştirakçılar real ssenarilər üzrə işləmə imkanı əldə ediblər.
Qeyd edək ki, təşəbbüs informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə 2023–2027-ci illər Strategiyasının icrasına xidmət edir. Layihə dövlət sektorunda süni intellektin institusional tətbiqini gücləndirməyə yönəlib.
Paylaş