Dünya bankı: 'Süni zəka növbəti 5 il ərzində iş yerlərinin dörddə bir hissəsini dəyişəcək'

Dünya bankı: 'Süni zəka növbəti 5 il ərzində iş yerlərinin dörddə bir hissəsini dəyişəcək'

Süni zəka və Elm
01.05.2023 PAYLAŞIM

    Dünya bankının təqdim etmiş olduğu yeni hesabata əsasən süni zəka növbəti 5 il ərzində bütün dünyadakı iş yerlərinin 1/4 hissəsini tamamilə dəyişəcək. Rəqəmsal texnologiyaların inteqrasiya olunması və ekoloji təmiz enerjiyə keçid kimi faktorlar da həmin iş yerlərinə təsir göstərəcəklər. Dünya bankı mütəxəssisləri güman edirlər ki, süni zəkanın iş yerlərinə inteqrasiya edilməsi əmək bazarına ilkin mərhələdə mənfi təsir göstərəcək. Lakin növbəti 5 il ərzində yeni texnologiyaların əksəriyyətinin əmək bazarına təsiri müsbət nəticələnəcək.


    Analitiklərin fikirlərinə əsasən kibertəhlükəsizlik, big data davamlı idarəetmə texnologiyaları kimi sahələrdə mütəxəssislərə tələbat dünyadakı məşğulluğun yüksəlməsinə səbəb olacaq əsas faktor olacaq. Hesabatda qeyd edilib ki, ChatGPT kimi texnologiyaların istifadəyə verilməsi ünsiyyət və proseslərin koordinasiyası ilə əlaqəli olan vəzifələrin avtomatlaşdırılmasına və ya əvəz edilməsinə səbəb olacaq. Dünya bankının sorğusunda iştirak etmiş 800 şirkətin 75%-i növbəti 5 il ərzində öz işlərinə süni zəka texnologiyasının inteqrasiya edilməsini hədəflədiyini bildirib.

    Hesablamalara əsasən bu öz növbəsində 26 milyon iş yerinin ixtisar olunmasına gətirib çıxaracaq. İxtisarlar əsasən administrativ və mühasibat vəzifələrində çalışan işçiləri və o cümlədən kassirlər ilə mühasibləri əhatə edəcək. Dünya bankı belə qənaətə gəlib ki, hal hazırda dünyadakı məşğulluğa böyük təhlükə mənbəyi kimi makroiqtisadi faktorlar çıxış edirlər. Buna misal olaraq iqtisadi yavaşlamanı, inflyasiyanı və s. gətirmək olar. Analitiklər hesab edirlər ki, ekoloji təmiz texnologiyalara keçid üçün nəzərdə tutulmuş investisiyalar sayəsində yeni iş yerləri yaratmaq mümkün olacaq. 



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×