Dünya okeanı iqlim dəyişiklikləri səbəbilə öz 'yaddaşını' itirir

Dünya okeanı iqlim dəyişiklikləri səbəbilə öz 'yaddaşını' itirir

Süni zəka və Elm
10.05.2022 PAYLAŞIM

    Dünya okeanı iqlim dəyişiklikləri səbəbilə dəyişir. Belə ki, okeanların temperaturlarında, strukturlarında, axınlarında və hətta rənglərində anomal hadisələr müşahidə edilir. Stabil okean mühiti daha gözlənilməz və qeyri-stabil olmağa başlayır. Alimlərin sözlərinə əsasən bu, dünya okeanının öz “yaddaşını” itirməsinə bənzəyir. “Dünya okeanının yaddaşı dedikdə sularda olan dəyişməz şərtləri qəbul etmək lazımdır. Söyləmək olar ki, okeanlar proqnozlaşdırıla bilən mühitə sahib idilər. Yəni okeanlarda baş verən hər bir şeyi öncədən proqnozlaşdırmaq mümkün di. Buna misal olaraq səthi temperatur səviyyəsini gətirmək olar. Lakin yaxın onilliklər ərzində dünya okeanı iqlim dəyişiklikləri səbəbilə dəyişəcək və daha çox gözlənilməz mühitə sahib olacaq” - deyə Farollon İnstitutunun mütəxəssisi Hui Shi qeyd edib. Tədqiqat çərçivəsində alimlər dünya okeanının səthi və 50 metr dərinliyə kimi uzanan alt layı temperaturlarını analiz ediblər.

    Dünya okeanının alt layı əsasən stabil temperatur göstəricisinə sahibdir və okeanlar üzərində olan hava temperaturundan fərqli olaraq daha az dəyişikliyə məruz qalır. Okeanların gələcəkdəki vəziyyətləri üzrə kompüter modelləşdirilməsinə əsaslanmış yeni tədqiqata əsasən dünya okeanının yuxarı laylarında olan temperatur göstəricisi dəyişəcək və bu, sözün əsl mənasında ciddi dəyişiklik ola bilər. “Bu halda okeanın yaddaşı dedikdə onun gələcəkdə qoruyub saxlayacağı şərtləri xatırlaması nəzərdə tutulur. Lakin yaxın onilliklərdə bu, baş verməyəcək” - deyə Hui Shi qeyd edib. Alimlərin fikirlərinə əsasən okeanların yuxarı laylarında su qarışımı səviyyəsi artır və bu da öz növbəsində okeanların daha çox temperatur dəyişikliklərinə məruz qalacaqlarına gətirib çıxardacaq.


    Bu cür vəziyyətin okeanlarda yaşayan canlılara necə təsir edəcəyi barəsində hələ dəqiq bir məlumat yoxdur. Tədqiqatçılar əmindirlər ki, sözügedən vəziyyət dəqiq şəkildə həmin canlılara necəsə təsir göstərəcək. Lakin buna baxmayaraq okeanlarda yaşayan canlılardan bəziləri çox güman ki, yeni vəziyyətə adaptasiya ola biləcəklər. “Okean mühitində şərtlərin dəyişməsi baş verəcək növbəti dəyişikliklərin öncədən proqnozlaşdırılması imkanına təhlükə yaradır. Məsələn bu bizim, mussonları və okeanlarla bağlı olan digər hava hadisələrini proqnozlaşdırmaq bacarığımızın effektivliyini aşağı salır” - deyə mütəxəssis əlavə edib. Alimlərin sözlərinə əsasən Yer kürəsində baş verən iqlim dəyişiklikləri səbəbilə gələcəkdə insanlar üçün təhlükəli olacaq daha ekstremal hava hadisələri baş verəcək. Lakin okean öz “yaddaşını” tamamilə itirsə, həmin hadisələri proqnozlaşdırmaq mümkün olmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×