main-post-cover

    Dünyada ilk dəfə xəstə adama GMO donuz ürəyi transplantasiya edilib

    Süni İntellekt
    11.01.2022
    Emil Nəcəfov
        Əməliyyat və əməliyyat sonrası proseslərdə həkimlər hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüsusi təcrübi immun preparatlardan istifadə ediblər. Həmin preparatlar əsasən transplantasiya edilmiş bu və ya digər orqanın immun sistemi tərəfindən rədd edilməsi reaksiyasının süni olaraq aradan qaldırılmasında istifadə edilir. Həkimlər tərəfindən keçirilmiş əməliyyat uğurla sonlanıb və hal hazırda onlar xəstənin vəziyyəti və istifadə edilmiş texnologiyalar barəsində çox böyük narahatlıqla məlumatlar verirlər. Belə ki, bu məsələdə alimlər öz üzərlərinə böyük məsuliyyət götürüblər. Transplantasiya edilmiş ürək hər an immun sistemi tərəfindən rədd edilə bilər.
        Lakin müasir elmin tələb etdiyi bütün etik normalara baxmayaraq həkimlərin bu qərarı tibbi praktikada ksenotransplantasiya (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) tətbiqini sürətləndirə bilər. David Bennett adlı 57 yaşılı amerikalı müalicə olunmayan ürək çatışmazlığı xəstəlindən əziyyət çəkirdi. Uzunmüddətli xəstəxana müalicəsi nəticəsində məlum oldu ki, onun sağ qalma şansı yoxdur. Belə ki, David-in səhhəti insan donorundan ürək transplantasiyasına və ya yardımçı mexaniki sistemlərdən istifadəyə yaramırdı. Bu səbəbdən də Merilend Universitetinin alimləri unikal əməliyyatın keçirilməsi üçün icazənin əldə olunması yolunda ABŞ-ın FDA adlı nizamlayıcı orqanına müraciət etdilər.

    Belə ki, alimlər GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyini transplantasiya etmək qərarını vermişdilər. Alimlər tərəfindən reallaşdırılmış ksenotransplantasiya rəsmi kliniki testlər çərçivəsində keçirilməyib.

        Bundan əlavə olaraq əməliyyat və əməliyyat sonrası proseslərdə hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüsusi təcrübi immun preparatlardan istifadə edilib. Xəstə sözügedən əməliyyatın və sonrakı müalicə müddətinin bütün riskləri barəsində məlumatlandırılıb. Bununla da son qərarın verilməsi ona həvalə edilib. David üçün donor orqanını Revivicor adlı biotexnoloji şirkət təqdim edib. Hələ bir neçə müddət bundan öncə bu şirkət GMO donuzların yetişdirilməsi üçün FDA-dan icazə almışdı. Alimlər aparılmış bütün genetik mühəndislik prosesləri barəsində məlumat vermirlər. Lakin onların sözlərinə əsasən genlərdə reallaşdırılmış bütün dəyişikliklər insan bədənində orqanların rədd edilməsi ehtimalının maksimal dərəcədə aşağı salınmasına hədəflənib.
        Əməliyyat keçən həftənin cümə günü reallaşdırılmışdı. Həkimlərin verdikləri məlumatlara əsasən David hal hazırda özünü yaxşı hiss edir və transplantasiya edilmiş GMO donuz ürəyi normal şəkildə döyünür. Hal hazırda alimlər hər hansı məlumatı böyük narahatlıqla verirlər. Belə ki, keçirilmiş əməliyyatın əsas qiymətləndirilməsini müəyyən müddətdən sonra aparmaq mümkün olacaq. İmmun sisteminin transplantasiya edilmiş orqanı rədd etmə reaksiyasını işə salma riski çox böyükdür. Yaxın həftələr ərzində xəstə həkimlərin gücləndirilmiş nəzarəti altında qalacaq. Keçirilmiş əməliyyatın uzunmüddətli perspektivdə uğurlu nəticələrə sahib olacağı halda bu, ksenotransplantasiya sahəsindəki yeni səhifənin açılmasına səbəb olacaq.
    Linki kopyala