Dünyada ilk GMO donuz ürəyi transplantasiya əməliyyatının uğuru narkotik vasitə sayəsində mümkün olub

Dünyada ilk GMO donuz ürəyi transplantasiya əməliyyatının uğuru narkotik vasitə sayəsində mümkün olub

Süni zəka və Elm
26.01.2022 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə amerikalı mütəxəssislər dünyada ilk dəfə xəstə insana GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyini transplantasiya etmişdilər. Merilend Universitetinin tibbi mərkəzinin ürək ksenotransplantasiyası (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) şöbəsinin direktoru Muhammad Mohiuddin sözügedən əməliyyata rəhbərlik edib. İndi isə Muhammad Mohiuddin əməliyyatın uğurla yekunlaşmasına şərait yaratmış əsas sirri açıqlayıb. Onun sözlərinə əsasən bu qəliz və uzunmüddətli əməliyyat çərçivəsində GMO donuz ürəyinin dayanmaması üçün mütəxəssislər əsas tərkib hissəsi kokain olmuş narkotik kokteyldən istifadə ediblər.

    Əməliyyat zamanı sözügedən narkotik kokteyldən istifadə etmək üçün mütəxəssislər ABŞ Narkotiklərlə mübarizə idarəsindən xüsusi icazə almalı olublar. Xüsusi icazənin alınmasından sonra mütəxəssislər kokain tərkibli narkotik kokteyli ürəyə yeridiblər ki, onun fəaliyyəti ani olaraq dayanmasın. “Daha əvvəllər biz, kokain iştirakı ilə olan üsuldan istifadə edən zaman ürəyin çalışmasındakı problemlər 48 saat ərzində yaranırdılar. Lakin biz, kokain tərkibli narkotik kokteyli birbaşa ürəyə yeritdiyimiz zaman ürək daha tez döyünür və daha yaxşı vəziyyətdə qalırdı” - deyə Muhammad Mohiuddin qeyd edib.


    Məlumata əsasən kokain tərkibli narkotik kokteyl İsveçin XVIVO adlı əczaçılıq şirkətinin mütəxəssisləri tərəfindən yaradılıb. Sözügedən kokteyl narkotik vasitələrdən əlavə olaraq kortizol adrenalin kimi digər maddələrdən də ibarətdir. İndiyənə kimi kokainin ürək fəaliyyətinin normada qalmasında ən yaxşı üsul olmasının səbəbi bilinmir. Lakin mütəxəssislər dəqiqliklə deyə bilərlər ki, narkotik vasitələr olmadan xəstə insanın orqanizmi GMO donuz ürəyini ani olaraq rədd edə bilərdi. “Əgər biz bunu etməsəydik, pasientin orqanizmi tərəfindən ürəyin rədd edilməsi bir neçə dəqiqə ərzində baş verə bilərdi. Nəticədə GMO orqan lazımsız olacaqdı” - deyə mütəxəssis qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×