Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

Süni zəka və Elm
29.03.2021 PAYLAŞIM

    İqtisadiyyatın bu modeli sosializmin sosial cavabdehlik daşıyan kapitalizm ilə spesifik qarışığıdır. Lakin sözügedən modeldə kapitalizmin özəllikləri azdır. İqtisadiyyatın ponçik modelinin əsas məqsədi planetin təbiət resurslarına zərər yetirmədən və bütün sistemlərin tarazlıqlarını qorumaqla Yer kürəsi sakinlərinin tələbatlarını ödəməkdir. Bu iqtisadi modelin müəllifi britaniyalı iqtisadçı və “Doughnut Economics” kitabının yazarı Kate Raworth-dur. O güman edir ki, onun irəli sürdüyü iqtisadi konsepsiya yaxın zamanda milli səviyyədə bir çox ölkələr tərəfindən qəbul ediləcək. Bununla belə ponçik iqtisadiyyatı modelinin baza prinsiplərində banklardan imtina və faktiki olaraq icarə resurslarının milliləşdirilməsi var.

Kate Raworth-un 2017-ci ildə işıq üzü görmüş “Doughnut Economics” kitabında qeyd edilib ki, ponçik iqtisadiyyatı 20-ci əsrin tənəzzül iqtisadiyyatını 21-ci əsrin böyümə iqtisadiyyatına çevirərək insan sivilizasiyasının inkişafının kompası qismində çıxış edir.

    Onun məqsədi hər bir insanı lazımi resurslarla təmin etməkdir. Su və qidadan tutmuş sosial bərabərlik və siyasi təsirə kimi. Lakin bu model bütün bunları elə etməlidir ki, insanlar Yer kürəsinin həyat şərtləri üçün vacib olan sistemlərini (stabil iqlim, münbit torpaq və s.) məhv etməsinlər. Ponçik formasında diaqramdan istifadə edərək iqtisadçı onun strukturunu belə izah edir: Boş mərkəz ilk zəruri resurslara (su, qida, elektrik enerjisi, səhiyyə və söz azadlığı) sahib olmama şərtləri altında keçən insan həyatlarının mövcud olduğu zonadır. Ponçikin xarici kənarı Yer kürəsinin canlı sistemlərinin ekoloji limitidir. Resurslardan kollektiv istifadə çərçivəsində bu limitin sərhədindən o tərəfə keçid isə planetə mənfi təsir göstərir. Ponçikin daxili kənarı layiqli həyat şərtləri üçün olan minimal standartlardır və bu standartlar ətraf mühitin rifahına təhlükə mənbəyi qismində çıxış etmirlər.


    Bu iki kənar arasında isə faktiki olaraq ponçik yerləşir və insanların əsas məqsədləri məhz həmin ponçikdir harda ki, onlar planetin resurslarından sui-istifadə etmədən tam həyatı yaşaya bilərlər. Beləliklə iqtisdiyyatın ponçik modeli əsl davamlılıq modeli qismində çıxış edir. Bu modeldə siyasi və iqtisadi bərabərsizlik qaçılmaz hesab olunan faktorlar hesab edilmirlər. Faktiki olaraq iqtisadiyyatın bu təsvirində yeni bir şey yoxdur. Resursların artıq istifadəsi və onların çatışmazlığı eyni səviyyədə insan cəmiyyətinin davamlı inkişafına mənfi təsir göstərirlər. Sözügedən iqtisadi modeldə yeni olan bir şey isə iqtisadçının cəmiyyətin bu davamlı vəziyyəti necə əldə edəcəyini görməsindədir.

Başqa sözlə desək, o, kapitalizmin baza prinsiplərinə yenidən nəzər yetirməyi, icarə resurslarının (torpaq və torpağın altında olan resurslar) ədalətli paylanmasını, bank krediti faizləri əsasında qurulmuş mövcud maliyyə sisteminin dəyişdirilməsini, onu dövlətin birbaşa pul paylanması ilə əvəz edilməsini təklif edir.

    Bundan əlavə olaraq onun fikrincə müəssisələr təkcə səhmdarlara və top menecerlərə yox bütün əməkdaşlara məxsus olmalıdırlar. Belə ki, onlar da çalışdıqları şirkətlərin gəlirli olmalarında maraqlı olmalıdırlar. Bununla yanaşı artıq inteqrasiya olunan avtomatlaşdırma sisteminin faydasını robotları yaradan və inteqrasiya edən biznesmenlər deyil cəmiyyət ilə dövlət əldə etməlidir. Ümumi olaraq Kate Raworth kapitalizmin payının az olduğu bir sistem yaradıb. Öz kitabında o, ponçik iqtisadiyyatının təməl prinsiplərini qeyd edib:

- Yer kürəsi və resurslar: Təbii sərvətlər daha ədalətli paylanmalıdır və onların istifadəsi daha düşünülmüş olmalıdır

- Pullar: Banklara faizlərdən gəlir əldə etmək imkanını vermək əvəzinə paylanmış pul ekosistemini yaratmaq lazımdır

- Biznes: Müəssisələr gəlirdə maraqlı olan səhmdarların deyil öz əməkdaşlarının maraqlarına xidmət göstərməlidirlər

- Bilik: Yaradıcı insanların potensialları açıq hardware software təminatları ilə Creative Commons lisenziyaları vasitəsilə beynəlxalq səviyyədə reallaşdırılmalıdır

- Texnologiyalar: Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması sahələrində aparılan tədqiqatlar ictimai vəsaitlər hesabına reallaşdırıldığı üçün onların nəticələri cəmiyyətin rifahına xidmət göstərməlidirlər.

    Amsterdam keçən ilin aprel ayında ponçik iqtisadiyyatına keçid etmiş ilk şəhər olmuşdu. Həmin vaxtda koronavirus pandemiyası Amsterdamda şiddətli şəkildə tüğyan edirdi. Şəhər idarəçiləri bildirmişdilər ki, onlar bu üsul ilə yaranmış böhrandan çıxmağı və növbəti ola biləcək böhranların qarşısını almağı ümid edirlər. Ponçik iqtisadiyyatının praktik laboratoriyası (DEAL) bu planın reallaşdırılması yolunda 2019-cu ilin dekabr ayında Amsterdam qanunvericiləri ilə çalışmağa başlamışdı. Sözügedən iqtisadi model isə rəsmi olaraq keçən ilin aprel ayında işə salınmışdı. Amsterdamda işə salınandan ay yarım sonra Kopenhagen idarəçiləri də bu ideyanı analiz etməyə başladılar.

    Kate Raworth-un sözlərinə əsasən bütün dünyada olan kiçik və böyük şəhərlər ponçik iqtisadiyyatına maraq göstərirlər. Hal hazırda bu ideyanın inteqrasiyası ponçikin xarici sərhədlərini əhatə edir. Bura ekologiya, təmiz enerjiyə keçid və s. kimi təşəbbüslər daxildirlər. Real iqtisadi təmələ hələ heç kim keçid etməyib. Bunu bələdiyyə səviyyəsində etmək onsuz da mümkün deyil. Lakin iqtisadçı ümid edir ki, proses bu mərhələyə də çatacaq. Bununla yanaşı yeni iqtisadiyyatın və avtomatlaşdırma sisteminin inkişafı səbəbilə cəmiyyətin mövcud olan siyasi və iqtisadi tənəzzülü ideyası daha da məşhurlaşır. Kate Raworth güman edir ki, əgər onun prinsiplərinin şəhərlər səviyyəsində tətbiq edilməsi təcrübəsi müsbət olsa və vətəndaşlar reformları dəstəkləsələr, növbəti məntiqli addım ponçik iqtisadiyyatı konsepsiyasnın ayrı-ayrı ölkələrə inteqrasiyası olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ..


Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olun..

Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə ya..


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.

×