Əczaçılıqda rəqəmsallaşma və süni intellekt müzakirə olunub
Mayın 4-də keçirilən II beynəlxalq konfrans çərçivəsində əczaçılıqda rəqəmsallaşma və süni intellekt mövzusunda panel təşkil olunub.
Technote.az xəbər verir ki, müzakirələr yerli istehsala təsirə həsr edilib.
Paneldə ÜST nümayəndəsi Rasmus Gjesinq əməkdaşlığın vacibliyini vurğulayıb. O, dövlətlər və təşkilatlar arasında koordinasiyanın önəmindən danışıb.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, rəqəmsallaşma prioritet istiqamətdir. Bu çərçivədə Vahid Səhiyyə İnformasiya Sistemi yaradılıb və tətbiq olunur.
Qeyd edilib ki, əczaçılıq sektorunun rəqəmsallaşdırılmasına 2023-cü ildən başlanılıb. Məqsəd dərman dövriyyəsinə nəzarəti gücləndirmək və şəffaflığı artırmaqdır.
Şirkət nümayəndələri istehsalda avtomatlaşdırma və süni intellekt tətbiqlərindən danışıb. Robot sistemlər və vahid proqram təminatının tətbiqi planlaşdırılır.
Paylaş