Logo
    main-post-cover

    Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"

    Süni İntellekt
    15.03.2024
    Emil
         Elon Musk süni zəkanın inkişafı ilə bağlı yeni fikirlərini bildirib. Onun fikrincə 2029-cu ilə qədər süni zəka dünyadakı bütün insanlardan daha ağıllı olacaq. “Çox güman ki, artıq gələn il süni zəka ayrı-ayrı şəxslərdən daha ağıllı olacaq. 2029-cu ilə qədər isə süni zəka dünyadakı bütün insanlardan daha ağıllı olacaq” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, Musk dəfələrlə süni zəkanın insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi olacağı barəsində fikirlər səsləndirib. Lakin buna baxmayaraq o, 2023-cü ildə x.AI adlı şirkətini təsis etdi. Bu şirkət süni zəka sahəsində fəaliyyət göstərir. Bir neçə müddətdən sonra isə Musk x.AI tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botu X (keçmiş Twitter) sosial şəbəkəsinə inteqrasiya etdi.
    Paylaş