Logo
    main-post-cover

    Elon Musk ChatGPT kimi süni zəka əsaslı çat-botlar barəsində fikirlərini səsləndirib

        Artıq bugünkü gündə süni zəka əsaslı ChatGPT çat-botu onu göstərir ki, süni zəka sistemləri sözün əsl mənasında təkmilləşdirilmiş olurlar. Elon Musk-ın fikrincə bu məsələ barəsində bir qədər narahat olmaq lazımdır. “Süni zəka sivilizasiyanın gələcəyi üçün ən böyük risklərdən biridir” - deyə Musk qeyd edib. Qeyd etmək lazımdır ki, Musk ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinin ilk investorlarından biri olub. Bununla belə o artıq OpenAI şirkətinin direktorlar şurasına daxil və bu şirkətin səhmlərinə sahib deyil. Musk-ın sözlərinə əsasən süni zəkanın həm müsbət həm də mənfi tərəfləri var. Bununla belə onun fikrincə bu texnologiya böyük potensiala və imkanlara sahibdir.
        O, qeyd edib ki, bütün bunlara baxmayaraq sözügedən texnologiya özündə böyük təhlükəni də birləşdirir. Musk bildirib ki, ChatGPT süni zəkanın nə dərəcədə təkmilləşdirilmiş olduğunu sərgiləyib. Onun sözlərinə əsasən bu cür sistemlər artıq uzun müddətdir ki, istifadə edilir. Lakin indiyənə kimi onların insanlarla qarşılıqlı əlaqədə olmaları üçün nəzərdə tutulmuş interfeyslər mövcud deyil idi. Avtomobillər, təyyarələr və tibb kimi sahələr müəyyən təhlükəsizlik standartlarına riayət edikləri və müvafiq orqanlar tərəfindən nizamlandıqları bir vaxtda süni zəka sahəsində bu cür texnologiyaların inkişaflarının nəzarətdə saxlanması üçün nəzərdə tutulmuş heç bir qayda mövcud deyil.
        Musk düşünür ki, süni zəka sahəsi mütləq şəkildə nizamlanmalıdır. Onun sözlərinə əsasən süni zəka avtomobillər, təyyarələr və tibb kimi sahələrdən fərqli olaraq cəmiyyət üçün böyük riskləri özündə birləşdirir. Məlumdur ki, Musk süni zəka texnologiyasının nəzarətsiz şəkildə inkişafının böyük təhlükə mənbəyi ola biləcəyi fikrini artıq uzun müddətdir ki, səsləndirir. O hətta bəyanatlarından birində qeyd etmişdi ki, süni zəka nüvə silahından da təhlükəlidir. Qeyd etmək lazımdır ki, o, OpenAI şirkətindən 2018-ci ildə ayrılmışdı. 
    Paylaş
    Bənzər xəbərlər