main-post-cover

    Elon Musk CO2-nin udulması üzrə ən effektiv texnologiyanı yaradana 100 milyon dollar söz verib

    Süni İntellekt
    22.01.2021
    Emil Nəcəfov
        Elon Musk, CO2-nin udulması və saxlanması üzrə ən yaxşı texnologiya konkursunu keçirtmək niyyətindədir. Bu barədə Electrek saytı xəbər verib. Görünür, Musk, CO2-nin udulması üzrə effektiv texnologiyanın yaradılmasını ən vacb layihələrdən biri hesab edir. Bu sahədə innovasiyaların yaradılması üçün o, konkursun keçirilməsini təklif edib. Nəticədə konkursun qalibi 100 milyon dollar əldə edəcək. Bu məsələ ilə bağlı təfərrüatları Musk gələn həftə verəcək. CO2-nin udulması və saxlanması qlobal istilik ilə ətraf mühitin çirklənməsinə qarşı yönəldilmiş mübarizə üsullarından biridir.
        Onun məğzi CO2-nin qazıntı yanacaq növlərinin emissiyalarından ayrılmasında, uzunmüddətli izolyasiyasında və mümkün emalındadır. CO2-nin udulması üzrə olan müasir texnologiyalar ya effektiv ya da iqtisadi baxımdan sərfəli deyillər. Daha öncə Musk bildirmişdi ki, atmosferə CO2-nin iri miqyasda ifraz edilməsi tarixdə ən ağılsız təcrübədir. Qazıntı yanacaq növlərinin sonsuz olmadığını nəzərə alaraq insanlar gec-tez bərpa olunan enerji növlərinə keçid etməli olacaqlar. Bu keçidi tez bir zamanda reallaşdırmaq lazımdır. Əks halda bu, çox ciddi ekoloji problemlərə gətirib çıxarda bilər. 
    Linki kopyala