main-post-cover

    Elon Musk ilk insanların Mars səthinə nə zaman ayaq basacaqlarından danışıb (VİDEO)

    Süni İntellekt
    03.12.2020
    Farid Pardashunas
        İnsanın Marsa göndərilməsi bəlkə də Elon Musk-ın ən iddialı layihəsidir. Onun fikrincə Mars gələcəkdə insanların yaşayışı üçün münbit şəraitə çevrilə bilər. O bu prosesə yaşadığı müddətdə start vermək niyyətindədir. Bir rneçə müddət bundan öcnə isə Musk ilk insanların Mars səthinə nə zaman ayaq basacaqları barəsində danışıb. Bu barədə 4pda saytı xəbər verib.
        Bir neçə müddət bundan öncə baş tutmuş tədbirlərdən birində Elon Musk müsahibə verən zaman pilotsuz avtomobillərdən və kosmosun mənimsənilməsindən danışıb. “Düşünürəm ki, böyük ehtimalla bu hadisə 6 il ərzində baş tutacaq. Əgər bəxtimiz gətirsə, 4 il ərzində də ola bilər” - deyə Musk bildirib. Bundan əlavə olaraq Musk bildirib ki, SpaceX şirkəti növbəti 2 il ərzində Marsa pilotsuz missiya reallaşdırmağı planlaşdırır. Marsa uçmaq üçün SpaceX şirkəti hal hazırda böyük Starship raketinin hazırlanması ilə məşğuldur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər