main-post-cover

    Elon Musk-ın sözlərinə əsasən Marsa uçuş biletinin qiyməti çox insanın cibinə uyğun gələ bilər

    Süni İntellekt
    19.04.2022
    Emil Nəcəfov
        Elon Musk bildirib ki, SpaceX-in kosmik gəmisi vasitəsilə Marsa yollanmaq üçün nəzərdə tutulmuş uçuş biletinin hipotetik 100.000$ qiyməti Yer kürəsi əhaləsinin böyük hissəsinin cibinə uyğun olmalıdır. “Əgər Marsa köçməyin qiyməti 100.000$ təşkil edirsə, mən düşünürəm ki, istənilən şəxs çalışaraq bu məbləği yığa bilər. Biz bunu hamı üçün əlçatan etmək istəyirik” - deyə Musk qeyd edib. Aydındır ki, Musk tərəfindən qeyd edilmiş qiymət göstəricisi Marsa köçmək üçün insanların Yer kürəsindəki bütün əmlaklarını satmalarına işarə edir.
        Musk həmçinin digər maliyyələşdirmə variantlarını da səsləndirib. Buna misal olaraq dövlət proqramlarını və xüsusi kreditin əldə olunmasını gətirmək olar. Xüsusi kreditin əldə edilməsi halında bu və ya digər şəxs əldə edilmiş kredit məbləğini digər planetə köçmək üçün istifadə edə bilər. Hələ bir neçə il bundan öncə Musk Marsa uçuş və qayıdışı 100.000-500.000$ dəyərində qiymətləndirmişdi. 2020-ci ildə isə o, yaxın 10 il ərzində 1000 ədəd kosmik gəmi inşa etmək planını elan etmişdi. Bunun sayəsində 2050-ci ilə kimi 1 milyon insanı Marsa köçürtmək mümkün olacaq. Onlar isə öz növbələrində Mars səthində avtonom şəhərin inşasını reallaşdıracaqlar. Bir neçə müddət bundan öncə isə Musk qeyd etmişdi ki, Marsa ilk insanlar artıq 2029-cu ildə ayaq basa bilərlər.
    Linki kopyala