
Elon Musk-ın xAI şirkəti artıq bugün ilk süni zəka modelini istifadəyə verəcək
Süni İntellekt
04.11.2023
Elon Musk-a məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı öz ilk süni zəka modelini seçilmiş istifadəçilər qrupu arasında istifadəyə verəcək. Bu artıq bugün baş verəcək. Musk-ın sözlərinə əsasən xAI tərəfindən hazırlanmış ilk fərdi süni zəka modeli müəyyən mövzularda digər rəqibləri üstələyir. Qeyd etmək lazımdır ki, xAI şirkəti bu ilin iyul ayında təsis edilmişdi. Musk-ın sözügedən yeni şirkətində OpenAI, Google DeepMind, Tesla və Toronto Universitetinin mütəxəssisləri çalışırlar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...