main-post-cover

    Elon Musk Mars planlarının reallaşdırılmasını sürətləndirmək üçün bütün əmlaklarını satacaq

    Süni İntellekt
    12.01.2021
    Emil Nəcəfov
        Elon Musk dünyanın ən varlı şəxsinə çevrilməsi səbəbilə heç narahatlıq keçirtmir. Belə ki, onun əsas hədəfi pul yox Mars planetidir. Daha əvvəllər o qeyd edirdi ki, onun bütün biznesləri bu hədəfin reallaşmasına yönəlib. SpaceX Tesla şirkətlərinin sahibi olan Elon Musk elan edib ki, o, Marsa uçuş və orada koloniyanın yaradılması prosesini sürətləndirmək üçün öz bütün əmlakını satacaq və əld' olunacaq vəsaiti bu işə yatıracaq. Bu barədə Vc.ru saytı xəbər verib. Musk bildirib ki, onun əmlaka ehtiyacı yoxdur və o, ofisdə də yata bilər. Onun övladlarının evə ehtiyacları var, lakin o onlar üçün evi kirayəyə də götürə bilər. Onun çoxlu sayda əmlakı mövcuddur. Onların ümumi dəyəri isə 100 milyon dollara yaxındır. Keçən il Musk artıq bir neçə evini satmışdı. İndi isə o, yerdə qalan əmlakını satmaq niyyətindədir.
        Nəticədə əldə olunacaq bütün vəsaiti Musk, Marsın mənimsənilməsinə xərcləyəcək. “Mən düşünürəm ki, insanlıq üçün kosmik sivilizasiya, planetlərarası növ olmaq çox vacibdir. Marsda şəhərin yaradılması üçün mən külli miqdarda resurs sərf etmək niyyətindəyəm. Mən bu işə mümkün olduğu qədər çoxunu sərf etmək istəyirəm. Bütün bunları deyəndə mən tamamilə ciddiyəm. Mən daha öz əmlakımdan istifadə etmək niyyətində deyiləm. İnsanlar deyirlər ki, mənim çoxlu sayda əmlakım var. Yaxın zamanda mənim heçnəyim olmayacaq” - deyə Musk bldirib. Musk başa düşür ki, Marsa uçuş qiymətinin yüksək olması səbəbilə o, bir çox insanların ciblərinə uyğun deyil. Buna görə də Marsın mənimsənilməsi üçün o, vəsaiti olmayan insanlara öz cibindən yardım etmək istəyir. Bununla belə həmin insanların hamısı artıq digər planetdə iş yerləri ilə təmin olunacaqlar.

    Bundan əlavə olaraq Musk, Marsı Yer kürəsindən müstəqil yer kimi bəyan etmək niyyətindədir. Daha əvvəllər o bildirirdi ki, Marsda Yer kürəsinin qanunları mövcud olmayacaq.

        Bu cür bəyanatlar Starlink layihəsinin istifadəçi razılaşmasnda qeyd olunub. Onlar Governing Laws bölməsində qeyd olunublar. Bəyanatlara əsasən SpaceX beynəlxalq qanunlara riayət etməyəcək. Bunun yerinə şirkət özünüidarə prinsiplərini təyin edəcək və onlardan insanlığın mənfəəti üçün istifadə edəcək. Beləliklə Musk, Marsı azad planet kimi bəyan edir və oranın fərdi qanunları mövcud olacaq. İstifadəçi razılaşmasında qeyd edilib ki, Yer kürəsində və Ayda şirkət beynəlxalq qanunlara tabedir. Lakin Marsda vəziyyət başqa cür olacaq. Belə ki, Marsda özünüidarə prinsipləri tərtib olunacaq və onlar koloniyanın inkişafı üçün çalışacaqlar.
        Bütün bunlar Marsda koloniyanın yaradılmasından sonra qüvvəyə minəcək. Daha əvvəllər Musk bildirirdi ki, o, Marsda resurs baxımından Yer kürəsindən asılı olmayacaq şəhər inşa edəcək. Bu, tamamilə avtonom rejimdə çalışacaq şəhər olacaq. İndi isə məlum olub ki, avtonom rejim deyəndə Musk qida, su, geyim, yanacaq və texnika ilə birlikdə həmçinin qanunvericiliyi də nəzərdə tuturdu. Lakin nəyə görə Musk üçün Mars planeti bu qədər vacibdir? Mars planeti backup rolunu oynayır. Belə ki, insan svilizasiyasının məhvinə səbəb ola biləcək qlobal problemlərin yaranması halında Mars ikinci variant qismində çıxış edəcək.

    Musk dəfələrlə qeyd edib ki, Günəş sisteminin hansısa planetində insan koloniyasının yaradılmaması halında insan sivilizasiyası yox olmağa məhkumdur.

        “Əgər biz bizdə olan Falcon raketlərinin sayı qədər (yüzlərlə) Starship gəmisi inşa edə bilsək və onlardan hər biri orbitə 100 ton ağırlığında yük daşıya bilsə, bu, ildə 10 milyon ton faydalı yükün daşınması deməkdir” - deyə Musk əlavə edib. Musk adətən dediyi şeyi edən şəxsdir. Hal hazırda o aktiv şəkildə Mars proqramını inkişaf etdirir və Marsa faydalı yük ilə ilk astronavtları yollayacaq raketi təkmilləşdirir. Bununla belə Musk başa düşür ki, Marsa yollanacaq ilk insanlar üçün bu səyahət çox güman ki, birtərəfli olacaq. Lakin bu halda da Marsa yollanmaq istəyənlərin sayı heç də az deyil.
    Linki kopyala