Logo
    main-post-cover

    Elon Musk süni zəka əsaslı Grok 1.5 çat-botunu anons edib

    Süni İntellekt
    01.04.2024
    Emil
         Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını anons edib. Çat-botun yeni versiyası Grok 1.5 adlanır. Musk-ın sözlərinə əsasən Grok 1.5 riyazi tapşırıqların yerinə yetirilməsi və kodlaşdırma mövzularında digər rəqiblərini geridə qoya bilər. Grok 1.5 riyazi hesablamaları tələb edən testlərdə və kodlaşdırma ilə bağlı qəliz tapşırıqların yerinə yetirilməsində olduqca yüksək nəticələri ilə seçilir.
         Məlumata əsasən onun kodlaşdırma bacarığı səviyyəsi artıq Gemini Pro 1.5, GPT-4 Claude 3 Opus kimi sistemlərin kodlaşdırma bacarıqlarının səviyyələrinə yaxındır. Grok 1.5-də reallaşdırılmış əsas yeniliklərdən biri də odur ki, çat-bot uzun sorğuları analiz edə bilir. Musk-ın sözlərinə əsasən Grok 1.5 versiyası 128 000 simvoldan təşkil edilmiş sorğunu rahatlıqla emal edə bilir. Grok 1.5 hal-hazırda test mərhələsindədir. Onun daha öncəki versiyası isə X (keçmiş Twitter) sosial şəbəkəsinin Premium+ abunəliyinin istifadəçiləri üçün aktivdir.
    Paylaş