
Elon Musk süni zəka sahəsində fəaliyyət göstərəcək xAI adlı yeni şirkətini anons edib
Süni İntellekt
13.07.2023
Emil
Elon Musk yeni şirkət təsis etdiyini elan edib. Təsis edilmiş yeni şirkət xAI adını əldə edib və o, süni zəka sahəsində fəaliyyət göstərəcək. Yeni şirkətin saytında qeyd edilmiş məlumata əsasən onun əsas missiyası kainatın əsl təbiətinin başa düşülməsindədir. Musk-ın yeni şirkəti təsis etmək istəməsi planları barəsində məlumatlar hələ bir neçə ay bundan öncə ortaya çıxmışdı. Həmin vaxtda o, ABŞ-ın Nevada ştatında X.AI Corp. adlı şirkəti qeydiyyatdan keçirtmişdi. Şirkətin bu cür ada sahib olması onun hansı sahədə fəaliyyət göstərəcəyinə artıq işarə edirdi.
Aprel ayında baş tutmuş müsahibələrdən birində Musk etiraf etmişdi ki, o, kainatın əsl təibətinin başa düşülməsində yardımçı olacaq süni zəkanın yaradılması üçün nəzərdə tutulmuş yeni startapı təsis etmək istəyir. Yeni təsis edilmiş xAI adlı şirkət barəsində məlumat hələ çox azdır. Şirkətin saytında qeyd edilib ki, onun komandası bu həftənin cümə günü Twitter Spaces-də audio çat keçirtməyi planlaşdırır. Planlaşdırılan audio çatda çox güman ki, şirkət təmsilçiləri onun fəaliyyət sahəsi və məqsədləri barəsində daha çox məlumat verəcəklər.
Musk-ın daha öncəki bəyanatları onun süni zəka və machine learning sahələrində özlərinin süni zəka məhsullarını təqdim etmiş OpenAI və Google səviyyəsində şirkət yaratmaq istəməsinə işarə edirdilər. Bununla yanaşı hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Musk Twitter-i süni zəka sistemi ilə təmin etmək üçün minlərlə xüsusi qrafik sürətləndirici əldə edib. Bu iki layihənin bir-birilə əlaqəli olub-olmadığı aydın deyil. Musk-ın yeni şirkətinin komandasına keçmiş DeepMind, OpenAI, Google Research, Microsoft Research və Tesla əməkdaşları, o cümlədən Toronto Universitetinin süni zəka ilə bağlı mütəxəssisləri daxil olublar.
Paylaş
Bənzər xəbərlər