Logo
    main-post-cover

    Elon Musk: "Süni zəka səbəbilə insanların gələcəkdə çalışmalarına ehtiyac qalmayacaq"

    Süni İntellekt
    03.11.2023
    Emil
         Elon Musk-ın fikrincə süni zəkanın inkişafı nəticəsində insanların çalışmalarına ehtiyac qalmayacaq. O hesab edir ki, süni zəka tarix ərzində ən güclü dağıdıcı qüvvə ola bilər. Musk bildirib ki, gələcəkdə ən ağıllı insanları belə geridə qoya biləcək süni zəka ortaya çıxacaq və elə bir an yetişəcək ki, insanların çalışmalarına ehtiyac qalmayacaq. “Siz sadəcə öz zövqünüz üçün çalışacaqsınız. Lakin süni zəka hər şeyi özü edəcək” - deyə Musk qeyd edib. Musk süni zəkanı bütün arzuları yerinə yetirən cinə bənzədir. Onun fikrincə insanlığın bu cür gələcəkdə əsas problemi həyatın mənasını axtarmaq olacaq. 
    Paylaş