Logo
    main-post-cover

    Elon Musk TruthGPT adlı süni zəka əsaslı çat-bot üzərində çalışır

        Hələ dünən məlum oldu ki, Elon Musk süni zəka sahəsində fəaliyyət göstərəcək X.AI Corp. adlı yeni şirkətini təsis edib. Son zamanlarda yayılmış məlumatlara əsasən Musk süni zəka əsaslı ChatGPT çat-botu ilə rəqabət apara biləcək sistemi hazırlamaq niyyətindədir. İndi isıə Musk Fox News televiziya kanalına müsahibəsində bu məlumatları təsdiqləyib və istifadəyə verəcəyi çat-botun adını açıqlayıb. Musk-ın sözlərinə əsasən onun istifadəyə verəcəyi süni zəka əsaslı çat-bot TruthGPT adını əldə edəcək. O bildirib ki, TruthGPT-nın əsas məqsədi həqiqətin axtarılmasında olacaq.
        Musk-ın TruthGPT ilə bağlı planları daha qlobaldır. Musk-ın sözlərinə əsasən əsas ideya insanları anlamağa çalışan və bununla belə onları məhv etməyə cəhd göstərməyən süni zəka sisteminin yaradılmasından ibarətdir. Müsahibə çərçivəsində Musk yenidən bildirib ki, o, süni zəka sistemlərinin inkişaflarının nizamlanmasının tərəfdarıdır. O, süni zəkanı ən ciddi təhlükə hesab edir. Belə ki, onun fikrincə süni zəka insan sivilizasiyasını məhv etmə potensialına sahibdir. Musk bildirib ki, TruthGPT-nin yaradılmasında digər bir məqsəd istifadəçilərə ChatGPT ilə Google şirkətinin hazırladığı çat-bot arasındakı seçim məsələsində üçüncü çat-bot variantını təklif etməkdir.
        Onun sözlərinə əsasən generativ süni zəka sistemləri sahəsində Google ilə Microsoft ciddi oyunçulardır. Microsoft hal hazırda ChatGPT-nin yaradıcısı OpenAI şirkətinə külli miqdarda investisiyalar yatırır. Bunun sayəsində isə ChatGPT artıq kommersiya məqsədli platforma hesab edilir. Musk əlavə edib ki, TruthGPT-nin yaradılması ilə o, kainatın təbiətini anlamağa çalışır. Musk-ın fikrincə bu, təhlükəsizliyin yaxşı zəmanəti ola bilər. Belə ki, əgər süni zəka kainat anlayışının qayğısına qalırsa, o, çətin ki, insanları məhv etmək istəsin. Çünki biz insanlar da kainatın bir hissəsiyik. 
    Paylaş
    Bənzər xəbərlər