
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub
Süni İntellekt
12.03.2024
Emil
Maximum Truth saytı böyük dil modelləri əsasında çalışan 12 müxtəlif çat-botun testlərini aparıb. Aparılmış testlər nəticəsində məlum olub ki, məşhur ChatGPT hal-hazırda tanınan çat-botlar arasında ən ağıllısı deyil. Bununla belə reytinqin lideri IQ səviyyəsi mövzusunda orta statistik insanı geridə qoyub. Çat-botların imkanları Norway Mensa adlı IQ testində sınaqdan keçirilib. Bu IQ test 35 ədəd sualdan ibarətdir və onların əksəriyyəti özlərində müxtəlif təsvirləri birləşdirirlər. İlk öncə çat-botlardan heç biri bu IQ testdən keçə bilməyib. Belə ki, onlar sözügedən testdə olan müxtəlif təsvirləri anlaya bilməyiblər. Lakin daha sonra mütəxəssislər təsvirləri çat-botlara mətn formatında başa salıblar.

Bu prosesdən sonra onlar IQ testindən keçə biliblər. Beləliklə aparılmış bu təcrübənin nəticələrinə əsasən ChatGPT 35 sualdan 13-nə doğru cavab verərək 85 xal toplayıb. Bununla da o, reytinqin ikinci pilləsində qərarlaşıb. Birinci yeri isə Anthropic şirkətinin Claude-3 adlı çat-botu tutub. O, 35 sualdan 18.5-nə doğru cavab verərək ümumilikdə 101 xal toplayıb. Bu isə orta statistik insanın əldə etdiyi göstəricidən bir qədər yüksəkdir. Üçüncü yeri 82 xal göstərici ilə Claude-2, dördüncü yeri 79 xal göstərici ilə Microsoft Copilot, beşinci yeri isə 77.5 xal göstərici ilə Google Gemini-nin standart versiyası tutub. Reytinqin yerdə qalan hissəsi ilə fotodan tanış olmaq olar.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Apple proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş generativ süni zəka üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti tərtibatçılara proqram təminatı kodunun yazılmasında yardımçı olacaq generativ süni zəka texnologiyasının hazırlanma prosesini yekunlaşdırmaq üzrədir.

Süni İntellekt
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.

Süni İntellekt
Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər.

Süni İntellekt
Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər.

Elm & Texnologiya
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
OpenAI şirkəti özünün GPT-4 dil modelinin bioloji silahın yaradılmasında istifadəsi risklərini qiymətləndirmək üçün araşdırma aparıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
