main-post-cover

    Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını ictimaiyyətdən gizlədib

    Süni İntellekt
    16.01.2023
    Farid Pardashunas
        BBC-nin təqdim etdiyi məlumatda bildirilib ki, ABŞ-ın ExxonMobil şirkətinin daxili sənədlərinə əsasən şirkət tərəfindən 1970-ci illərdə aparılmış tədqiqatlarda qeyd edilib ki, iqlim dəyişikliyi qlobal temperatur göstəricisinin yüksəlməsinə gətirib çıxaracaq. Lakin şirkət bu məlumatı ictimaiyyətə çatdırmaqdan imtina edib. Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illərdə bu məsələ dəfələrlə müzakirə edilib. Lakin onlar şirkətin qlobal istiləşmə ilə bağlı nəsə bildiyini və onu ictimaiyyətdən gizlətdiyini təkzib ediblər. Buna baxmayaraq Harvard Universitetinin professoru Naomi Oreskis tamamilə fərqli fikirə sahibdir.
        Professorun sözlərinə əsasən şirkət müasir dövrün nüfuzlu klimatoloqlarından biri olan James Hansen-in məlumatlarından istifadə edərək iqlim dəyişikliyini mükəmməl şəkildə modelləşdirib. Qeyd etmək lazımdır ki, NASA-nın əməkdaşı olan James Hansen iqlim dəyişikliyi üzrə baş verəcək ciddi problemlər barəsində hələ 1988-ci ildə danışmağa başlamışdı. “Bizim hamımıza iqlim modellərinin necə cəfəngiyyat olduğunu söyləyərək eyni zamanda bu cür vacib məlumata sahib olmaqla ExxonMobile şirkətinin rəhbərliyi özünün necə ikiüzlü olduğunu sərgiləyib” - deyə Naomi Oreskis qeyd edib.
    ExxonMobil şirkətinin qlobal istiləşmə barəsindəki proqnozu və real göstəricilər:
        Mayami Universitetinin ekoloji elmlər və iqtisadiyyat üzrə dosenti Geoffrey Supran bildirib ki, hələ 1970-ci illərdə ExxonMobile şirkətinin daxilində bilirdilər ki, onların təbii yanacaq məhsullarının yandırılması hər 10 il ərzində planetin ortalama temperaturunu 0.2 dərəcə Selsi yüksəldəcək. Məlumatda qeyd edilib ki, ExxonMobile şirkətinin mütəxəssisləri planetin ortalama temepraturunun 2 dərəcə və ya daha çox Selsi artması səbəbilə ola biləcək iqlim dəyişiklikləri nəticələrinin olmaması üçün zərərli tullantıların nə qədər azaldılmasını da hesablayıblar. Bununla yanaşı şirkətin mütəxəssisləri digər tədqiqatçıların buz dövrü, parnik effekti və digər hadisələr ilə bağlı bəyanatlarını tamamilə təkzib edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər