main-post-cover

    Ən güclü maqnit sahəsinə sahib kosmik obyekt kəşf edilib

    Süni İntellekt
    18.07.2022
    Farid Pardashunas
        Beynəlxalq alimlər qrupu Insight-HXMT adlı kosmik rentgen teleskopu vasitəsilə bilinən kosmik obyektlər arasında ən güclü maqnit sahəsinə sahib obyekti kəşf ediblər. Məlum olub ki, Swift J0243.6+6124 adlı pulsar bilinən kosmik obyektlər arasında maqnit sahəsinin gücü baxımından rekord göstəriciyə sahibdir. Belə ki, sözügedən pulsarın maqnit sahəsinin gücü 1.6 miyard T (Tesla / Maqnit induksiya vahidi) təşkil edir. Bu isə ən güclü maqnit sahəsinə sahib bilinən kosmik obyektlər arasındakı əvvəlki rekordçuların göstəricilərindən 600 milyon T daha yüksəkdir. Swift J0243.6+6124 adlı pulsar bizim qalaktikada Yer kürəsindən 22 000 işıq ili uzaqlığında yerləşir. İndiyənə kimi alimlər maqnit sahəsinin gücü 1.6 milyard T təşkil edən kosmik obyekt müşahidə etməyiblər. Belə ki, bu məsələdə daha öncəki rekordçular GRO J1008-571A 0535+262 adlı pulsarlar olublar.
        Həmin pulsarlardan hər birinin maqnit sahəsinin gücü isə 1 milyard T təşkil edir. 1.6 milyard T gücündə olan maqnit sahəsinin nə demək olduğunu daha yaxşı anlamaq üçün qeyd etmək lazımdır ki, evdəki soyuducunun üzərinə bərkidilən maqnitin maqnit sahəsinin gücü təqribi olaraq 0.001 T təşkil edir. MRT (Maqnit rezonans tomoqrafiya) aparatlarının maqnit sahələrinin gücləri isə təqribi olaraq 3 T təşkil edirlər. Pulsar neytron ulduzların bir növüdür. Bu cür ulduzlar yüksək sıxlığa sahib olurlar və daimi şəkildə rentgen şüalanması ifraz edirlər. Öz oxu ətrafında yüksək sürətlə fırlanan bu cür yüksək sıxlıqlı kosmik obyektlər güclü maqnit sahəsinə sahib olurlar. Kəşf edilmiş yeni pulsar daha bir maraqlı özəlliyə sahibdir.
        Belə ki, o bizim qalaktikada mövcud olan yeganə bu cür ulduzdur ki, öz ulduz yoldaşına sahibdir. Pulsarın sahib olduğu ulduz yoldaşı Be adlı ulduzlar sinifinə daxildir. Bu sinifə daxil olan ulduzlar həddindən artıq isti olurlar və həmçinin öz oxları ətraflarında yüksək sürətlə fırlanırlar. Kəşf edilmiş yeni pulsar öz növbəsində ulduz yoldaşının maddəsini udur və bu da pulsarın ifraz etdiyi rentgen şüalanmalarını daha da gücləndirir. Swift J0243.6+6124-ə bənzəyən pulsarlar elə yüksək sıxlığa sahib atomlardan ibarətdirlər ki, həmin mühiti Yer kürəsində yaratmaq və müvafiq olaraq güclü maqnit sahəsini əldə etmək mümkün deyil. Bir neçə il bundan öncə fiziklər Yer kürəsində maksimum 1200 T gücündə maqnit sahəsi yarada bilmişdilər. Lakin həmin gücdə maqnit sahəsi sadəcə olaraq 100 mikrosaniyə ərzində mövcud ola bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər