Energetik şirkətlərdən biri 250 nəfərin işini süni zəkaya həvalə edib

Energetik şirkətlərdən biri 250 nəfərin işini süni zəkaya həvalə edib

Süni zəka və Elm
12.05.2023 PAYLAŞIM

    Böyük Britaniyanın Octopus Energy adlı energetika şirkəti 250 nəfər işçinin yerinə yetirdiyi işi görmək üçün süni zəka texnologiyasından istifadə edir. Bu barədə məlumatı şirkətin CEO-su Greg Jackson verib. Onun sözlərinə əsasən şirkət artıq bir neçə aydır ki, süni zəka texnologiyasını təcrübədən keçirdir. Sözügedən texnologiya şirkətin sistemlərinə inteqrasiya edilib. Bu ilin fevral ayından başlayaraq isə şirkət əməkdaşları ona müştərilərin bəzi elektron məktublarına cavab verməyə icazə veriblər. Məlumatda qeyd edilib ki, süni zəka daxil olan elektron məktubların 1/3 hissəsindən çoxunu emal edir.

    Adətən isə bu işin öhdəsindən 250 nəfər işçi gəlir. Greg Jackson bildirib ki, süni zəka tərəfindən tərtib edilmiş elektron cavablar müştərilərin 80%-ni razı salıb. Şirkətin ixtisaslı işçiləri arasında bu göstərici isə 65% təşkil edib. Bununla yanaşı qeyd edilib ki, şirkət əməkdaşları süni zəkanın tərtib etdiyi cavabları idarə edir və onların müştərilərə göndərilməsindən öncə yoxlayırlar. Greg Jackson-un sözlərinə əsasən şirkətin bu iş prosesinə süni zəkanın inteqrasiyası nəticədə çətin ki, işçilərin ixtisarına gətirib çıxartsın. Lakin bununla yanaşı o etiraf edib ki, sözügedən texnologiyanın inkişafı yaxın illərdə əmək bazarında ciddi dəyişikliklərə səbəb ola bilər.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×