
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
Süni İntellekt
06.08.2024
Aslan
OpenAI, ChatGPT tərəfindən yaradılan mətnə filiqran (əskinaslarda, poçt pullarından və dövlətə aid rəsmi sənədlərdə saxtakarlığın qarşısını almaq məqsədiylə tez-tez istifadə olunan şəkil və ya yazı) qoymaq və filiqranı aşkar etmək üçün alət üzərində işləyir. Lakin şirkət, bu aləti buraxmaqda tərəddüd edir.
Məlumatlara görə, müvafiq süni intellekt filiqranı əslində 1 ildir hazır olsa da, indiyədək üzə çıxarılmayıb. OpenAI isə "Komandalarımız alternativləri araşdırarkən nəzərdən keçirməyə davam etdiyimiz bir mətn filiqranlama metodu hazırlayıb" deyib. Şirkət, təsnifatçılar və metadata da daxil olmaqla bir çox həll üzərində çalışdıqlarını və inkişaf etdirdikləri üsulla çox dəqiq nəticələrə (99.9%) nail olduqlarını bildirir.

Bununla belə, bu performans nöqtəsinə həmişə və hər vəziyyətdə nail olmaq mümkün deyil. Mətndə tərcümə sistemlərindən istifadə etmək, onu başqa bir generativ modellə ifadə etmək və ya modeldən hər söz arasına xüsusi simvol əlavə etmək və sonra bu simvolu silmək tələbi kimi müəyyən manipulyasiyalar nəticəsində performans azalır. OpenAI, həmçinin burada performansını yaxşılaşdırmağa çalışarkən filiqran alətini niyə indiyə qədər əlçatan etmədiyini də izah edib. Şirkət, mətn filiqranının bəzi qruplara qeyri-mütənasib şəkildə təsir edə biləcəyindən narahat olduqlarını bildirib. Bloq yazısına görə, OpenAI, bu riskləri qiymətləndirir. Şirkət, həmçinin audiovizual məzmun üçün autentifikasiya alətlərinə diqqət yetirəcəyini deyir. Mətn filiqranının inkişafı tamamlandıqdan sonra alət istifadəyə verilə bilər. Lakin bunun üçün qrafik hələ müəyyən edilməyib. Şirkət “bəzi qruplara qeyri-mütənasib şəkildə təsir etmək” riskini və ehtimal ki, gəlir itirmə riskini də qiymətləndirir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
