main-post-cover

    Facebook böyük həcmli mətnlərin qısaldılmış versiyalarını hazırlayacaq neyron şəbəkəsi üzərində çalışır

    Süni İntellekt
    21.12.2020
    Emil Nəcəfov
        Süni zəka sistemləri ildən-ilə daha ağıllı olurlar. Məlum olub ki, Facebook şirkəti uzun mətnləri oxumağı sevməyən insanların həyatlarını rahatlaşdırmaq üçün xüsusi neyron şəbəkəsi üzərində çalışır. Bu barədə 4pda saytı xəbər verib. Hal hazırda Facebook-un bu yeni layihəsi barəsində məlumat çox azdır. Belə ki, şirkət bu cür məlumat sızıntıları barəsində fikir bildirmir. İnsayderlərin verdikləri məlumata əsasən Facebook-un neyron şəbəkəsi əsasında istifadəyə verəcəyi yeni servis TLDR adlanacaq. Bu adın tam açması isə “Too long, didn’t read”-dir. Servisin özü tamamilə neyron şəbəkəsi üzərində qurulacaq.
        Güman olunur ki, süni zəka sistemi bu və ya digər istifadəçiyə uyğun olan kontenti analiz edəcək və daha sonra alqoritm kontentin vacib hissələrini seçərək istifadəçiyə lazım olmayan məlumatları aradan qaldıracaq. Alqoritm tərəfindən sıxışdırılacaq mətnin nə dərəcədə böyük olacağı bilinmir. Lakin məlumatda qeyd edilib ki, servis istifadəçinin istəyinə uyğun olaraq əldə olunacaq mətni səsləndirə biləcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə elmi məqalələr üçün nəzərdə tutulmuş buna bənzər alqoritm təqdim edilmişdi. Həmin alqoritm ilkin məqaləni 238 dəfə kiçildə bilir.
    Linki kopyala