Logo
    main-post-cover

    Fərdi ev dizaynını ucuzlaşdıran AI startapı 1,65 milyon dollar cəlb etdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də fəaliyyət göstərən startap qurucusu Nick Donahue fərdi ev dizaynını daha ucuz və sürətli etmək cəhdinə ikinci dəfə start verib. Onun əvvəlki startapı Atmos texnologiya ilə fərdi ev dizaynını sadələşdirməyi hədəfləsə də, əməliyyat baxımından ağır bir modelə çevrilmiş və yüksək faiz dərəcələri fonunda fəaliyyətini dayandırmışdı.
    Drafted AI Startup Revolutionizes Custom Home Design with Affordable Plans  | Ukraine news - #Mezha
        Atmos Y Combinator proqramından keçmiş, 20 milyon dollar investisiya cəlb etmiş, 40 nəfərlik komandaya və 7 milyon dollar gəlirə çatmışdı. ABŞ-də faizlərin artması isə müştərilərin planlaşdırdıqları evləri inşa edə bilməməsinə səbəb oldu və layihə bağlandı. Donahue bu dəfə tamam fərqli yanaşma ilə Drafted adlı yeni startap yaradıb. Cəmi beş aylıq olan şirkətdə memar və dizaynerlər yoxdur. Bütün proses süni intellektlə idarə olunur. İstifadəçi otaq sayı, sahə ölçüsü və digər tələbləri daxil edir, sistem isə bir neçə dəqiqə ərzində beş fərqli ev planı təqdim edir. Bəyənilməzsə, yenilərini yaratmaq mümkündür.
        Drafted indiyə qədər 1,65 milyon dollar investisiya cəlb edib və şirkətin dəyəri 35 milyon dollar olaraq qiymətləndirilib. İnvestorlar arasında Convective Capital-dan Bill Clerico, Stripe həmtəsisçisi Patrick Collison və NBA oyunçusu Moses Moody də var. Ev planlarının qiyməti 1 000–2 000 dollar arasında dəyişir ki, bu da klassik memarlıq xidmətlərindən xeyli ucuzdur
        Şirkət özünəməxsus süni intellekt modelindən istifadə edir. Bu model yalnız real inşa edilmiş və icazə almış ev planları üzərində öyrədilib və hər planın yaradılması cəmi 0,2 sent xərc tələb edir. Hazırda yalnız bir mərtəbəli evlər dəstəklənsə də, gələcəkdə çoxmərtəbəli və torpaq sahəsinə uyğun dizaynların əlavə olunması planlaşdırılır.
    Paylaş