Logo
    main-post-cover

    Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)

    Süni İntellekt
    14.03.2024
    Emil
         ABŞ-ın robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startapı insana bənzər robotların imkanlarının genişləndirilməsi mövzusunda OpenAI şirkəti ilə əməkdaşlığının ilk nəticələrini sərgiləyib. Startapın öz YouTube kanalında paylaşmış olduğu yeni videoda Figure 01 adlı robot əks olunub və o, real zaman ərzində insan ilə ünsiyyət qura bilir. Videoda əks olunmuş robot suallara cavab verə bilir və müəyyən tapşırıqları yerinə yetirir. Keçən ay şirkət OpenAI ilə əməkdaşlığını elan etdi.
         Bu əməkdaşlıq çərçivəsində OpenAI şirkətin robotları üçün müxtəlif süni zəka modellərini hazırlayacaq. Figure tərəfindən təqdim edilmiş videodakı robot isə OpenAI ilə əməkdaşlığın məhsuludur. Məlumatda qeyd edilib ki, Figure 01 adlın robotun sahib olduğu kameralar əldə etmiş olduqları məlumatları OpenAI tərəfindən təlimatlandırılmış süni zəka əsaslı vizual dil modelinə göndərirlər. Figure şirkətinin öz alqoritmləri isə robotun kameraları sayəsində ətraf mühitin təsvirlərini 10 Hz-lik tezliklə əldə edirlər. OpenAI alqoritmləri robotun insan nitqini başa düşməsindən cavabdehdirlər.
    Paylaş