main-post-cover

    Filmlər, seriallar və teatr tamaşaları üçün ssenarilər tərtib edən yeni süni zəka sistemi təqdim edilib

    Süni İntellekt
    11.12.2022
    Farid Pardashunas
        Alphabet holdinqinin DeepMind AI adlı şöbəsi Dramatron adlı yeni süni zəka sistemini təqdim edib. Bu süni zəka sistemi mətn formatında təqdim edilən bir sətrlik ideyanın əsasında filmlər, seriallar və teatr tamaşaları üçün nəzərdə tutulmuş ssenarilər tərtib edir. Dramatron-u test etmiş professional şəxslər onun bacarıqlarını siravi adlandırsalar da, onlar bu süni zəka sisteminin ssenarilərin müxtəlif detallarının tərtib edilməsi səviyyəsindən heyran qalıblar. Dramatron hələ bir neçə müddət bundan öncə DeepMind AI tərəfindən təqdim edilmiş ChatGPT adlı süni zəka sistemini xatırladır. ChatGPT kimi Dramatron alqoritmləri də inandırıcı və bir-biriləri əlaqələndirilmiş mətnlər tərtib edə bilirlər.
        Lakin Dramatron-un halında tərtibatçılar daha da irəli gedərək sistemi personajlar, vəziyyətlər və hadisələrin cərəyan etdikləri yerlər haqqında daha ətraflı mətnləri tərtib etməyi öyrədiblər. Nəticədə Dramatron tam ssenarinin hazır qaralama versiyasını təqdm edir. İstifadəçi isə öz növbəsində sistem tərəfindən təqdim edilmiş qaralama versiyanı öz istəyinə uyğun olaraq genişləndirə bilər. Sözügedən süni zəka sistemindən istifadə etmək üçün Dramatron-un GitHub səhifəsində qeydiyyatdan keçmək və iki ədəd API açarı əldə etmək lazımdır. Dramatron-un testində 15 nəfər professional ssenarist iştirak edib.
        Nəticədə həmin ssenaristlər bildiriblər ki, onlar öz yaradıcılıq fəaliyyətləri çərçivəsində hansısa ciddi layihələr üçün Dramatron-dan istifadə etməzdilər. Belə ki, onların fikirlərinə əsasən bu süni zəka sistemi tərəfindən tərtib edilən personajlar, dialoqlar və vəziyyətlər olduqca şablondular. Lakin bununla belə dünyanın daha geniş təsvirinin yaradılması, müxtəlif süjet xətlərinin sürətli şəkildə yoxlanılması və yeni personajların əlavə edilməsi yolunda hətta professional ssenaristlər üçün də Dramatron faydalı ola bilər. Bundan əlavə olaraq Dramatron yaxşı yaradıcı ideyaların generasiyası üçün də çox faydalı ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər