Reklam
Fiziklər zamanın ümumiyyətlə mövcud olmama ehtimalının mümkün olduğunu söyləyirlər

Fiziklər zamanın ümumiyyətlə mövcud olmama ehtimalının mümkün olduğunu söyləyirlər

Süni zəka və Elm
21.04.2022 PAYLAŞIM

    Fiziklər düşünürlər ki, zaman ümumiyyətlə mövcud olmaya bilər və bu, ciddi yanaşmaya ehtiyac duyan yeni imkanlara yol açır. “Fizika dərin böhrandadır. Keçən əsr boyunca biz, kainatı iki uğurlu nəzəriyyə sayəsində qavrayırdıq. Söhbət, ümumi nisbilik nəzəriyyəsindənkvant mexanikasından gedir” - deyə “Out of Time: A Philosophical Study of Timelessness” adlı kitabın müəllifi Sam Baron qeyd edib. Sam Baron həmçinin Avstraliya Katolik Universitetinin fizikidir. Onun sözlərinə əsasən kvant mexanikası hissəciklərin inanılmaz dərəcədə kiçik olan dünyalarını və onların qarşılıqlı əlaqələrini uğurlu şəkildə təsvir edir. Ümumi nisbilik nəzəriyyəsi isə öz növbəsində qravitasiyanı və obyektlərin necə hərəkət etdiklərini ümumi şəkildə təsvir edir. Bu iki nəzəriyyə çox yaxşıdır. Lakin onlar çox məsələdə bir-birilərinə ziddirlər. Alimlərin çoxu bu iki nəzəriyyəni bir vahid nəzəriyyə ilə əvəzləmək fikri ilə razıdır.

Söhbət, kvant qravitasiyası nəzəriyyəsindən gedir. Bu nəzəriyyə digər ikisini əvəz edə və eyni zamanda onların uğurlarını özündə birləşdirə bilər.

    Yeni nəzəriyyə qravitasiyanın ən kiçik miqyasda necə çalışdığını təsvir etməlidir. Lakin kvant qravitasiyası adlı yeni nəzəriyyəni yaratmaq həddindən artıq qəliz məsələdir. Bu cür cəhdlərdən biri də sim nəzəriyyəsi olub. Sözügedən nəzəriyyə hissəcikləri 11 ölçülü fəzada vibrasiya edən simlərlə əvəz etdi. Lakin nəticədə sim nəzəriyyəsi bəzi çətinliklərlə qarşılaşdı. Bu nəzəriyyə bizim kainatımıza bənzər kainatı təsvir etsə də, təcrübələr çərçivəsində yoxlanışı mümkün olan heç bir aydın proqnozu təqdim etmir. Buna görə də irəli sürülmüş bu nəzəriyyəni təsdiqləmək və ya inkar etmək mümkün deyil. Bu səbəbdən də 90-cı illərdə fiziklərin çoxu sim nəzəriyyəsindən imtina etdi. Bununla yanaşı onlar bir sıra digər variantları irəli sürmüşdülər. Onlardan ən məşhuru isə döngü kvant qravitasiyası (loop quantum gravity) oldu. Bu nəzəriyyəyə əsasən məkan və zaman parçası çox kiçik diskret fraqment şəbəkələrindən (döngülər) ibarətdir. Döngü kvant qravitasiya nəzəriyyəsinin əsas fərqləndirici özəlliklərindən biri də zaman anlayışının aradan qaldırılmasıdır.


“Döngü kvant qravitasiyası zaman anlayışını aradan qaldıran yeganə nəzəriyyə deyil. Digər bəzi nəzəriyyələr də zamanı reallığın fundamental faktoru rolunu ləğv edirlər” - deyə Sam Baron qeyd edib.

    Bu cür nəzəriyyələrdən birinin nəticədə doğru olduğunu təsəvvür etsək, belə bir sual ortaya çıxır. Zamansız necə yaşamaq mümkündür? "Fiziki nəzəriyyələrdə stollar, stullar və hətta insanlar yoxdur. Lakin bununla belə biz bütün bunların mövcud olduqlarını bilirik. Biz bilirik ki, bütün bu sadalanmışlar fundamental hissəciklərdən ibarətdirlər. Lakin biz, zamanın nədən ibarət olduğu barəsində heç bir fikirə sahib deyilik. Biz, zamanın necə yarandığı üzrə aydın izahat verə bilmədiyimiz müddətcə biz onun mövcud olduğunu təsdiqləyə bilərikmi?” - deyə Sam Baron bildirib. Onun sözlərinə əsasən bu fikirlərin nəticəsində zaman heç bir nəzəriyyədə mövcud ola bilməz.

Dünyada həyatı zamansız təsəvvür etmək qeyri-real görünür. Bizim bütün mövcudluğumuz zaman ətrafında qurulub. İnsanlar öz gələcəklərini bildikləri keçmiş əsasında qurmağı öyrəniblər.

    “Bizim özümüzü fərd kimi qəbul etməyimizin əsas səbəblərindən biri də odur ki, biz, gələcəkdəki bu və ya digər dəyişikliklərə səbəb ola bləcək fəaliyyətimizi planlamağı bacarırıq. Lakin əgər gələcək mövcud deyilsə onu dəyişməyin bir mənası qalırmı?” - deyə Sam Baron qeyd edib. Onun sözlərinə əsasən zamanın mövcud olmamasının sübutu bütün dünyanı dayandıra bilər. Lakin çıxış yolu mövcuddur. Belə ki, fizikanın zamanı aradan qaldıra biləcəyinə baxmayaraq mövcud olan nəzəriyyələr səbəb-nəticə əlaqəsini qoruyub saxlayırlar. Beləliklə fizika bizim kainatın əsas özəlliyinin zaman deyil səbəbiyyət olduğunu söyləyir. “Biz düşünürük ki, zamanın mövcud olmamasının sübutu bizim həyatımıza ciddi təsir göstərməsə də, fizikanı yeni əsrə daxil etməyə imkan verəcək” - deyə Sam Baron əlavə edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×