Fon şüalanmasının yeni tədqiqatı kainatın yaşını təsdiqləyib

Fon şüalanmasının yeni tədqiqatı kainatın yaşını təsdiqləyib

Süni zəka və Elm
20.07.2020 PAYLAŞIM

    Astrofiziklərdən ibarət beynəlxalq qrup yenidən kainatın yaşını hesablayaraq təsdiqləyiblər ki, onun 13.8 milyard yaşı var. Çilidəki Atakama teleskopu vasitəsilə əldə edilmiş məlumatlar Plank kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşür. Bu barədə Science Daily saytı xəbər verib. Kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir anlayışdır. Standart modelə və Plank peykinin məlumatlarına əsasən kainatın 13.8 milyard yaşı var.

    Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən söyləmişdilər ki, onun yaşı 2.3 milyard aşağıdır. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. Çilidə yerləşən Atakama kosmik teleskopunun komandası ilk işığı (kainatn yaranmasından 380.000 il sonra ortaya çıxmış mikrodalğalı fon şüalanması) tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması Plank rəsədxanasının müşahidə nəticələri ilə üst-üstə düşüb.


    Beləliklə kainatın təqribi olaraq 13.77 milyard yaşı (aşağı-yuxarı 40 milyon il) var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa yardımçı olub. Qeyd etmək lazımdır ki, kainatın genişlənmə sürəti Habbl sabiti ilə ölçülür. Beləliklə məlumata əsasən 3.26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67.6 kilometr sürətlə uzaqlaşır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəki..


CO2 emissiyası stratosfer qatının kiçilməsinə səbəb olur

Alimlərin hesablamalarına əsasən Yer kürəsinin atmosfer qatının qalınlığı 1980-ci illərlə müqayisədə..


İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ..


Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olun..

Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə ya..


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..

×