Logo
    main-post-cover

    Fortnite-a süni intellektlə danışan 36 yeni NPC personajı gəlir

        Epic Games Fortnite yaradıcıları üçün süni intellekt əsaslı yeni funksiyanı istifadəyə verir. 30 iyul tarixindən etibarən oyun daxilində xəritə və təcrübələr hazırlayan yaradıcılar süni intellektlə işləyən səsə və fərdi xarakterə malik NPC-lərdən istifadə edə biləcəklər. Şirkət bu məqsədlə əvvəlcədən 36 fərqli Fortnite personajı hazırlayıb. Siyahıya Agent Jonesy, Peely, FishstickCuddle Team Leader kimi oyunun məşhur qəhrəmanları daxildir. Bu personajların hər biri özünəməxsus danışıq tərzi və xarakter xüsusiyyətlərinə malik olacaq və oyunçularla real vaxtda söhbət apara biləcək.
    uefn-conversations-blog-header-opt-02
        Epic Games bu texnologiyanı ilk dəfə ötən il Darth Vader NPC-si ilə sınaqdan keçirmişdi. Personaj mərhum aktyor James Earl Jonesun səsi əsasında hazırlanmışdı və bunun üçün aktyorun ailəsinin razılığı alınmışdı. İlk günlərdə istifadəçilər Darth Vader-i nalayiq ifadələr işlətməyə məcbur etsələr də, Epic qısa müddətdə bu problemi aradan qaldırmışdı.
        Şirkətin sözlərinə görə, yeni AI personajlarının səsləri müstəqil peşəkar səs aktyorlarının xüsusi olaraq Fortnite üçün yazdığı səslər əsasında yaradılıb. Aktyorlar səslərinin süni intellekt modellərinin hazırlanması üçün istifadə edilməsinə razılıq veriblər. Nəticədə böyük dil modelləri (LLM) həmin personajların adından yeni cavablar formalaşdıra bilir.
    Paylaş