Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
Süni İntellekt
05.12.2023
Emil Nəcəfov
Hugging Face adlı startapın və Karnegi Mellon Universitetinin mütəxəssisləri süni zəkanın müxtəlif növ tapşırıqları yerinə yetirən zaman buraxdığı karbon izinin miqdarını təyin ediblər. Məlum olub ki, böyük həcmdə parnik qazlarının ifrazı məhz süni zəka tərəfindən fotoların tərtibatı zamanı baş verir. Aparılmış tədqiqatda machine learning tərəfindən yerinə yetirilən 13 tapşırıq nəzərə alınıb. Tədqiqatın ədalətli, məlumatların isə müxtəlifliyini təmin etmək üçün mütəxəssislər 30 ədəd məlumat toplusu vasitəsilə 88 növ süni zəka modelini test ediblər. Onlar süni zəka tərəfindən yerinə yetirilən hər bir tapşırıq üçün 1000 ədəd sorğudan istifadə ediblər.
Daha sonra mütəxəssislər təyin edilmiş tapşırıqların süni zəka tərəfindən yerinə yetirilən zaman sərf edilən enerji miqdarını və bunun nəticəsində ifraz edilən karbon miqdarını ölçüblər. Beləliklə mütəxəssislər belə qənaətə gəliblər ki, süni zəkanın bir fotonu tərtib etməsi zamanı sərf etdiyi enerji miqdarı bir smartfonun enerji miqdarına bərabədir. Süni zəka əsaslı çat-botla adi mətn formatında ünsiyyət zamanı sərf edilən enerji miqdarı isə smartfon enerjisinin 16%-nə bərabərdir. ChatGPT və DALL-E kimi süni zəka əsaslı sistemlərdən milyonlarla insanın istifadə etdiyini nəzərə alsaq, sərf edilən enerji ilə ifraz edilən CO2 miqdarı olduqca böyüyür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti gələn həftə xüsusi təqdimat tədbiri keçirməli və həmin tədbirdə ChatGPT-nin rəqibi olacaq Gemini adlı süni zəka sistemini təqdim etməli idi.
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA şirkətinin CEO-su olan Jensen Huang-ın fikrincə öz imkanları baxımından insan ilə rəqabət apara biləcək süni zəka artıq 5 ildən sonra ortaya çıxacaq.
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Süni zəka vasitəsilə 2.2 milyon yeni material kəşf edilib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının mütəxəssisləri süni zəkadan istifadə edərək daha öncə məlum olmamış 2.2 milyon yeni kristallik strukturu kəşf ediblər.
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar.
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zəka texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!